O yazılar tarixi mənzərəni zədələyir - RƏY

O yazılar tarixi mənzərəni zədələyir - RƏY

Hazırda oxunan: O yazılar tarixi mənzərəni zədələyir - RƏY

634997

Daşların, qayaların üzərinə primitiv üsulla adlar yazmaq şəhidin xatirəsini əbədiləşdirmək yolu deyil. Əksinə, o yazılar yaddaşa yazılmır, sadəcə tarixi mənzərəni zədələyir və qəhrəmanlarımızın xatirəsinə qarşı istəmədən edilən bir diqqətsizliyə, hörmətsizliyə çevrilir.

Bizim.Media bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış polkovnik Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova səsləndirib.

Təşkilat sədri bildirib ki, Şuşada döyüş izlərinin olduğu mövqeləri, qanlı döyüşlərin baş verdiyi tarixi izləri gələcək nəsillərə çatdırmaq üçün onu olduğu kimi qorumaq hər kəsin borcudur:

"İşğaldan azad edilmiş torpaqlarımıza, xüsusən də Şuşaya ziyarət edən hər bir vətəndaşımızdan rica edirəm ki, bu torpaqlara, şəhidlərimizin müqəddəs ruhuna böyük sayğı və ehtiyatla yanaşaq. Şuşa həm göz bəbəyimiz kimi qorumalı olduğumuz tarixi-mədəni irsimiz, həm də zəfər və qəhrəmanlıq simvolumuzdur.

Şəhidlərimizin xatirəsi hər birimizin ürəyindədir və bu xatirəyə layiq şəkildə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur. Mən özüm Şuşaya dəfələrlə səfər etmişəm, hətta şəhərin işğaldan azad olunduğu ilk günlərdə də orada olmuşam. Bizim üçün Şuşa sadəcə bir şəhər deyil, müqəddəs bir məkandır", - deyə o qeyd edib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO