Prezident və xanımının tapşırığı ilə Murad Adıgözəlzadənin müalicəsi NƏZARƏTƏ GÖTÜRÜLDÜ

Prezident və xanımının tapşırığı ilə Murad Adıgözəlzadənin müalicəsi NƏZARƏTƏ GÖTÜRÜLDÜ

Hazırda oxunan: Prezident və xanımının tapşırığı ilə Murad Adıgözəlzadənin müalicəsi NƏZARƏTƏ GÖTÜRÜLDÜ

634851

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov "Instagram" səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

"Əziz Murad Adıgözəlzadə!

Hamımız sənin tezliklə sağalmağını arzulayırıq. Sən güclü insansan və biz inanırıq ki, sən bu sınaqdan mütləq üzüağ çıxacaq və qalib gələcəksən. Azərbaycana sənin kimi istedadlı, işıqlı və öz sənətinə sadiq insanlar gərəkdir. Düşüncələrimiz, dualarımız və ən xoş arzularımız bu gün səninlədir.

Xüsusilə ən çətin anlarında sənətkarlarımıza göstərdikləri diqqət, qayğı və dəstəyə görə möhtərəm cənab Prezidentə və hörmətli Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk.

Allah sənə güc, möhkəm cansağlığı və şəfa versin. Hamımız sənin səhnəyə qayıtmağını səbirsizliklə gözləyirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO