Qubadlı rayonu üzrə 2 məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ

Qubadlı rayonu üzrə 2 məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ

Hazırda oxunan: Qubadlı rayonu üzrə 2 məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ

634975

Qubadlı rayonu üzrə 2 ümumtəhsil məktəbinin fəaliyyətinin dayandırılması nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq əhalinin doğma yurdlarına qayıdışı ilə paralel həmin ərazilərdə müasir təhsil infrastrukturunun bərpası və dayanıqlı təhsil şəbəkəsinin qurulması istiqamətində tədbirlər davam etdirilir.
 

Açıqlamada qeyd olunub ki, Dövlət Proqramının icrası çərçivəsində respublikanın digər şəhər və rayonlarında müvəqqəti məskunlaşma yerlərində fəaliyyət göstərən bəzi ümumi təhsil müəssisələrinin fəaliyyəti mərhələli şəkildə dayandırılır və həmin məktəblər işğaldan azad edilmiş ərazilərdə yenidən təşkil edilir.


Regional Təhsil İdarəsindən bildirilib ki, cari tədris ilindən etibarən şagird sayının kəskin azalması səbəbindən Qubadlı rayonu üzrə 2 ümumtəhsil məktəbinin fəaliyyətinin dayandırılması nəzərdə tutulur.

Həmin məktəblərdə təhsil alan şagirdlərin təhsilini digər yaxın ümumtəhsil müəssisələrində davam etdirməsi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO