Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anıldı - FOTO

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anıldı - FOTO

Hazırda oxunan: Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anıldı - FOTO

634960

Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev İsmayıl oğlunun əziz xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mərasimdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları şəhidin məzarını ziyarət edib, məzar önünə əklil və gül dəstələri qoyublar.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 

Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbədən, eləcə də digər döyüş əməliyyatlarında hərbi qulluqçularımızın göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən bəhs olunub.


Qəhrəmanın ailə üzvləri və yaxınları şəhidlərin xatirəsinə göstərilən ehtiram və ailələrinə diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO