11 dəqiqə əvəzinə 40 dəqiqə: M8 avtobuslarının intervalı niyə artır?

11 dəqiqə əvəzinə 40 dəqiqə: M8 avtobuslarının intervalı niyə artır?

Hazırda oxunan: 11 dəqiqə əvəzinə 40 dəqiqə: M8 avtobuslarının intervalı niyə artır?

634820

Maştağa-Gənclik istiqamətində hərəkət edən M8 nömrəli marşrutun intervalı ilə bağlı narazılıqlar var.

Bu barədə sərnişinlərdən Bizim.Media-ya şikayət daxil olub.

Belə ki, avqustun 28-də sərnişinlər Təbriz küçəsindəki dayanacaqda sözügedən avtobusu 40 dəqiqə gözləyiblər. Onlar qeyd ediblər ki, bu hal bir dəfə baş verməyib, son vaxtlar avtobusun intervalı 30-40 dəqiqəyə çatıb.

Bəs bu problemin səbəbi nədir? Sözügedən marşrut xətti üzrə avtobusların sayı kifayət qədər deyil?

“BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, M8 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ümumilikdə 16 avtobusla təmin edilir və xətt üzrə 11–12 dəqiqəlik intervalla həyata keçirilir:
 

“Günün səhər və axşam pik saatlarında marşrutun keçdiyi Fətəli Xan Xoyski prospekti və Heydər Əliyev prospektində, həmçinin Təbriz, Ağa Nemətulla küçələri və Sabunçu–Zabrat şosesində müşahidə edilən nəqliyyat sıxlığı avtobuslararası intervallarda müvəqqəti artıma səbəb ola bilir.


Pik saatlarda nəqliyyat sıxlığı ilə əlaqədar avtobusların hərəkət intervalında yaranan müvəqqəti dəyişikliklərlə bağlı sərnişinlərdən anlayış göstərmələri xahiş olunur”,-deyə açıqlamada qeyd edilib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO