Nepalda 64 yaşlı qadın dağıdıcı daşqından 11 gün sonra xilas edilib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “The Kathmandu Post” məlumat yayıb.
Məlumata görə, Çandika Şrestha Bidur bələdiyyəsində yerləşən dördmərtəbəli binanın yuxarı mərtəbəsində köməksiz vəziyyətdə qalıb. Binanı su basdıqdan sonra qadın evin yuxarı mərtəbəsinə sığınıb və 11 gün ərzində orada qalıb.
Çandika Şresthanı Nepal ordusunun hərbçilərindən ibarət qrup aşkarlayaraq xilas edib.
Qeyd edək ki, Nepalda şiddətli daşqınlar nəticəsində ölənlərin sayının 1344-ə çatdığı bildirilir.
Bizim.Media




































































































