"Mənə qutab verməyən o qayınanamı heç yada salmaq istəmirəm" - VİDEO

"Mənə qutab verməyən o qayınanamı heç yada salmaq istəmirəm" - VİDEO

Hazırda oxunan: "Mənə qutab verməyən o qayınanamı heç yada salmaq istəmirəm" - VİDEO

634995

Rəqqasə və xına məclislərinin təşkilatçısı Fatimə Fətəliyeva keçmiş həyat yoldaşı və onun ailəsi ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Bizim.Media “milli.az”a istinadla xəbər verir ki, sənətçi keçmiş qayınanası barədə danışmaq istəmədiyini bildirərək onunla bağlı eşitdiyi məlumatları da bölüşüb.

Fatimə Fətəliyevanın sözlərinə görə, keçmiş həyat yoldaşı hazırda yaxşı yaşayır və iki oğlu da ailə qurub.

O, keçmiş həyat yoldaşına övladları ilə bağlı mesaj göndərərək qızı Aydanı unutmamağın vacib olduğunu vurğulayıb:

"Mən heç o qayınananı yada salmaq istəmirəm. Eşitdiyimə görə keçmiş ərimin çox yaxsi imkanı var, yaxşı yaşayırlar. İki oğlu da var, ailə qurub. Allah xoşbəxt etsin. Övladlarını böyüdürsə, ilk övladı olan Aydan kimi qızını da unutmamalı idi".

Fatimə Fətəliyeva keçmiş baldızının qohumları ilə hazırda da münasibətlərinin olduğunu qeyd edib. O, həmin şəxslərin də baş verənlərə təəccübləndiyini deyib.
 

Rəqqasə açıqlamasında maddi imkanın hər şey olmadığını vurğulayaraq keçmiş ailəsinə belə mesaj göndərib:

"Onlar özləri gülürlər ki, belə şey olar? Siz bu həyatda yaxşı imkanda, evdə bahalı maşınlı ola bilərsiniz, ancaq axirətin nece olacaq, onu Allah bilir".

Fatimə Fətəliyeva keçmiş qayınanası ilə bağlı fikirlərini isə sərt ifadələrlə yekunlaşdırıb:

"Qayınanam mene qutab vermeyen günlərini yada salsın".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO