Putin Kiyevə zərbələri 3 günlük dayandırmağı TAPŞIRDI

Putin Kiyevə zərbələri 3 günlük dayandırmağı TAPŞIRDI

Hazırda oxunan: Putin Kiyevə zərbələri 3 günlük dayandırmağı TAPŞIRDI

634961

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, ABŞ liderinin xüsusi elçiləri Stiven Uikoff və Cared Kuşnerin səfərinə hazırlıqla əlaqədar olaraq, üç sutka ərzində Ukraynanın paytaxtına zərbələr endirilməməsi barədə tapşırıq verib.

Bizim.Media xəbər verir ki, bu barədə "İnterfaks"ın jurnalistlərinə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O bildirib ki, qismən atəşkəs sentyabrın 5-i Moskva vaxtı ilə saat 00:00-dan sentyabrın 8-i saat 00:00-dək qüvvədə olacaq.

Kreml rəsmisinin sözlərinə görə, Rusiya Federasiyası Ukraynadan müvəqqəti barışıq elan edilməsi barədə məlumat alıb. Bu barışıq da üç gün müddətinə - sentyabrın 5-dən 8-dək elan olunub.

Sentyabrın 5-də göyərtəsində Uitkoff və Kuşnerin başçılıq etdiyi ABŞ nümayəndə heyətinin olduğu təyyarə Moskvanın Vnukovo hava limanına eniş edib.

Amerikalı rəsmiləri Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb. Uitkoff və Kuşnerin günün sonuna qədər Putinlə görüş keçirəcəyi gözlənilir. Sentyabrın 6-da isə onlar danışıqlar aparmaq üçün Kiyevə yollanacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO