Azərbaycan səhiyyəsinə itki - Əməkdar həkim vəfat etdi - FOTO

Azərbaycan səhiyyəsinə itki - Əməkdar həkim vəfat etdi - FOTO

Hazırda oxunan: Azərbaycan səhiyyəsinə itki - Əməkdar həkim vəfat etdi - FOTO

635028

Azərbaycan səhiyyəsinə itki üz verib.

Bizim.Media “ölkə.az”a istinadla xəbər verir ki, uzun illər müxtəlif xəstəxanaların baş həkimi işləmiş Əməkdar həkim Vaqif Cəfərov vəfat edib.
 

O, uzun sürən xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişib.
 

Qeyd edək ki, Vaqif Cəfərov 1948-ci il may ayının 9-da Basarkeçər rayonunun Şişqaya kəndində anadan olub. 
 

Azərbaycan Tibb Universitetini bitirib. 

O, 1995-1998-ci illərdə M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin baş həkimi, 1998-2005-ci illərdə Respublika Klinik Xəstəxanasının baş həkimi, Yasamal Səhiyyə şöbəsinin müdiri, Xalq Təbabəti Mərkəzinin direktoru vəzifələrində işləyib. Səhiyyə Nazirliyinin kollegiya üzvü olub. 

2000-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Əməkdar həkim fəxri adına layiq görülüb. 

V.Cəfərov ölkənin ictimai-siyasi həyatında da fəal iştirak edib. O, ömrünün sonunadək hakim Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı İdarə Heyətinin üzvü olub. 

Xatırladaq ki, Vaqif Cəfərov Azərbaycanın görkəmli dövlət və siyasi xadimi mərhum Yunis Rzayevin bacısı oğludur.

Allah rəhmət eləsin!


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO