Bakının Suraxanı rayonunda yol kənarında park edilmiş avtomobilə hücum edən 1992-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən müəyyən edilərək polis şöbəsinə dəvət olunub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "oxu.az"a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov verib.
"Onunla profilaktik-izahedici söhbət aparılıb, hərəkətlərinə hüquqi qiymət verilərək barəsində qanunvericiliyə uyğun inzibati protokol tərtib edilib. Qeyd edək ki, qadının hərəkətləri ilə bağlı həyat yoldaşı tərəfindən polis orqanına hər hansı şikayət daxil olmayıb.
Vətəndaşların ictimai qaydalara və qanunvericiliyin tələblərinə riayət etmələri, xüsusilə ailə-məişət münasibətlərində qarşı tərəfin hüquq və qanuni mənafelərinə hörmətlə yanaşmaları tövsiyə olunur", - deyə məlumatda bildirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:45 / 05.09.2026
Hövsanda ərinin maşınını çilik-çilik edən qadın barədə RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Hövsanda ərinin maşınını çilik-çilik edən qadın barədə RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Hövsanda ərinin maşınını çilik-çilik edən qadın barədə RƏSMİ AÇIQLAMA
634966
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































