Özbəkistanda yaşayış binasında hovuzun içindən köpəkbalıqları çıxdı - VİDEO

Özbəkistanda yaşayış binasında hovuzun içindən köpəkbalıqları çıxdı - VİDEO

Hazırda oxunan: Özbəkistanda yaşayış binasında hovuzun içindən köpəkbalıqları çıxdı - VİDEO

634945

Özbəkistanın şərqində yerləşən Fərqanə şəhərində yaşayış binalarından birinin zirzəmisində siam köpəkbalıqlarının saxlanıldığı qanunsuz süni göl (hovuz) aşkar edilib. 

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fərqanə vilayətinin Tikinti və Mənzil-Kommunal Təsərrüfatı Sahəsinə Nəzarət üzrə İnspeksiyasının mətbuat xidməti məlumat yayıb.
 

Məlumata görə, qurum əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində məlum olub ki, binanın altındakı hovuz yerli sakin tərəfindən quraşdırılıb. Həmin şəxs orada onadək şirin su siam köpəkbalığı (panqasius) bəsləyib. İnspeksiya tərəfindən paylaşılan görüntülərdə Cənub-Şərqi Asiya üçün xarakterik olan iriölçülü balıqların kiçik və bulanıq su çənində üzdüyü əks olunub.


 Ümumi istifadədə olan sahənin qanunsuz zəbt edilməsinə görə həmin vətəndaş barəsində inzibati protokol tərtib edilib. Qayda pozucusuna cərimə tətbiq olunub.
 
İnspeksiya həmçinin kişiyə zirzəmini 15 gün müddətində boşaltmaq və obyekti əvvəlki vəziyyətinə qaytarmaq öhdəliyi qoyub. Bununla belə, nəzarət orqanları müsadirə edilən köpəkbalıqlarının sonrakı taleyi barədə hələlik heç bir məlumat verməyiblər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO