Türkiyədə tanınmış aktyor evində ölü tapıldı

Türkiyədə tanınmış aktyor evində ölü tapıldı

Hazırda oxunan: Türkiyədə tanınmış aktyor evində ölü tapıldı

634996

İstanbulun Kağıthanə rayonunda tanınmış aktyor Serhat Mustafa Kılıç sevgilisi tərəfindən evində ölü tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. 

Polisin ifadəsini aldığı Özlem E. (50), sevgilisi Kılıçın limfa xərçəngindən əziyyət çəkdiyini və cümə axşamından bəri ondan xəbər ala bilmədiyini söyləyib. Özlem E. onun yaşadığı evə gəlib.

Qapını döyən, lakin cavab ala bilməyən qadın özündə olan açarla qapını açaraq içəri girib.

Sevgilisi aktyoru qonaq otağındakı divanda əyləşmiş vəziyyətdə, hərəkətsiz tapıb. Kılıçın nəfəs almadığını və bədəninin soyuq olduğunu fərq edən sevgilisi dərhal təcili tibbi yardıma zəng edərək kömək istəyib. Hadisə yerinə Kağıthanə Polis İdarəsinin və təcili tibbi yardımın əməkdaşları cəlb olunub.

Tibb işçilərinin müayinəsindən sonra Kılıçın həyatını itirdiyi müəyyən edilib.

Polis hadisə ilə bağlı aidiyyatı qurumları məlumatlandıraraq aktyorun ölümü ilə bağlı araşdırmalara başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO