
- A-
- A
- A+
Cəmiyyət
13:55 / 05.09.2026
Hövsanda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi - ANBAAN VİDEO
Hazırda oxunan: Hövsanda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi - ANBAAN VİDEO
634943
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bakıda naməlum qadının maşına çoxsaylı zərbələr endirdiyinə dair görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda qadının dəmir alətlə avtomobilə dəfələrlə zərbə endirdiyi görünür.
Hadisənin paytaxtın Hövsan qəsəbəsində baş verdiyi bildirilir. İddia olunur ki, qadın ərinin xəyanətindən xəbər tutub və qisas almaq üçün onun maşınına hücum edib.
Videoda qadının yaxınlıqdakı binaya tərəf dönərək “Elə bilirsən, evdə ağlayacağam? Onu görməyəcəksən”, - dediyi eşidilir.
Ardınca o, öz avtomobilinə əyləşərək həmin avtomobilə yenidən zərbə endirib. Məlumata görə, görüntülərdəki qadın polis şöbəsinə dəvət olunub.
Hadisə ilə bağlı araşdırma aparılır. (bakupost.az)
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































