Övladı 1-ci sinfə gedənlərin nəzərinə! – Güzəştli iş qrafiki GÜNDƏMDƏ

Övladı 1-ci sinfə gedənlərin nəzərinə! – Güzəştli iş qrafiki GÜNDƏMDƏ

Hazırda oxunan: Övladı 1-ci sinfə gedənlərin nəzərinə! – Güzəştli iş qrafiki GÜNDƏMDƏ

634839

Yeni tədris ilinin başlaması ilə övladı 1-ci sinfə gedən valideynlərin gündəmi dəyişir. Uşağın məktəbə ilk addımları, onun yeni mühitə uyğunlaşması və ilk günlərdə valideyn dəstəyinə ehtiyacı olduğu üçün iş qrafikinin də müvəqqəti dəyişdirilməsini zəruri edə bilər. Bəzi ölkələrdə bu müvəqqəti hal nəzərə alınır. Konkret olaraq Türkiyədə bu ildən övladı 1-ci sinfə gedən dövlət işçilərinə güzəşt olunacaq, ehtiyac yaranarsa əlavə gün də icazə veriləcək.

Əlbəttə ki belə bir təşəbbüs Azərbaycanda da valideynlərin ürəyincə olardı. Bunun mümkün olub-olmaması ilə bağlı mütəxəsis fikri öyrəndik. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Bizim.Media-ya bildirdi ki, Azərbaycanda hazırda belə bir layihə yoxdur.

Lakin Əmək Məcəlləsində qısaldılmış və natamam iş günü rejimi var. Qısaldılmış iş rejimi konkret kateqoriyalara şamil olunur.

Bunlar, 16 yaşınadək işçilər, 1-ci, 2-ci qrup əlilliyi olan işçilər, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərdir.
 

“Onlar qısaldılmış iş rejimində işləməyinə baxmayaraq, əmək haqqını tam alırlar. Natamam iş rejimində isə işçi ilə işəgötürən arasındakı razılığa əsasən əldə olunur. Məsələn, azyaşlı uşağı olduğuna görə, öz razılığına əsasən natamam iş günü və ya həftəsi götürə bilər. Bu zaman işəgötürən ona bu şəraiti yaratmalıdır”.


S.Məmmədovun sözlərinə görə, qarşılıqlı razılaşma əsasında 6 yaşlı, yəni məktəbə yenicə başlayan uşağa görə də natamam iş rejimi götürmək mümkündür. Lakin bu zaman ona işlədiyi faktiki saatların maaşı ödəniləcək.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO