"Komedixana"nın buraxılışlarından birində yaşanan maraqlı an sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, çəkiliş zamanı səhnədə nümayiş olunan səhnəcik zalda əyləşən tamaşaçılardan birinin reaksiyası ilə daha da rəngarəngləşib.
Belə ki, qadın tamaşaçının səhnəcik zamanı yüksək səslə qəhqəhə çəkərək gülməsi diqqətdən yayınmayıb. Onun səmimi və gurultulu gülüşü səhnədəki aktyorları da güldürüb.
Aktyorların tamaşaçının reaksiyasına gülərək qarşılıq verməsi verilişdə xoş və əyləncəli ab-hava yaradıb. Sözügedən anların görüntüləri sosial şəbəkələrdə paylaşılaraq izləyicilərin marağına səbəb olub.
İzləyicilər qadının gülüşünü "səhnəcikdən daha maraqlı" hesab edərək müxtəlif şərhlər yazıblar. (milli.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:31 / 05.09.2026
“Komedixana”da tamaşaçının gülüşü aktyorları da güldürdü – VİDEO
Hazırda oxunan: “Komedixana”da tamaşaçının gülüşü aktyorları da güldürdü – VİDEO
Hazırda oxunan: “Komedixana”da tamaşaçının gülüşü aktyorları da güldürdü – VİDEO
634971
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































