Ermənistanda təhsillə bağlı həqiqi hərbi xidmətdən möhlət hüququ alan şəxslərin bu hüququ ləğv edilib. Belə ki, bundan sonra təhsilini davam etdirmək istəyən şəxslər öncə Ermənistan ordusunda xidmət etməli olacaqlar.xa0
Moderator.az -a açıqlama verən hərbi ekspert Azad İsazadə Ermənistanın uzun illərdir ki, insan resursu baxımından ciddi problemlə üzləşdiyini qeyd etdi:
“Təhsillə bağlı möhlət hüququn ləğvini birmənalı şəkildə insan resursu baxımından çatışmazlıq kimi qiymətləndirmək lazımdır. Neçə vaxtdır ki, Ermənistanda çağırış planı yerinə yetirilmirdi. Lazımi insan resursu olmadığı üçün gərəkli əsgəri saya nail ola bilmirlər. Ona görə də çalışırlar ki, bu boşluğu tələbələrin hesabına qismən də olsa doldursunlar. Ancaq bu da canlı resurs çatışmazlığını aradan qaldırmayacaq”x9d.
Seymur Əliyev
































































































