Bu gün Rusiya və İran arasında bağlanan və Azərbaycan torpaqlarının iki hissəyə parçalanması ilə nəticələnən Gülüstün müqaviləsinin növbəti ildönümüdür. Maraqlıdır, məlum hadisənin üstündən keçən iki əsr ərzində İran və Rusiyanın Azərbaycana münasibətində hər hansı dəyişiklik baş veribmi?
Moderator.az -a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Gülüstan müqaviləsi İranla Rusiya ararsında bağlanmayıb. Bu müqavilə Azərbaycan imperiyası olan Qacariyyə ilə Rusiya arasında bağlanıb. Qacariyyə Rusiya ilə müharibədə məğlub olduğu üçün Azərbaycan ərazisinin bir hissəsi itirilib. Həmin dövrdə farslar Qacariyyə hakimiyyətinə qarşı ciddi mübarizə aparırdılar. Qacariyyənin Rusiyaya məğlub olmasının səbəblərindən biri də farsların hakimiyyət uğrunda mütəmadi mübarizə aparması olub.xa0
Qacar farsların hakimiyyətə gəlməsinin qarşısını almaq üçün həm qanunvericilik səviyyəsində, həm də praktiki yöndə konkret addımlar atdı. Azərbaycan imperiyasının məhv edilməsində o vaxt farslarla rusların marağı üst-üstə düşürdü. Indi də Azərbaycanla bağlı bu qüvvələrin maraqları üst-üstə düşür. O vaxt farsların hökuməti yox idi. İran Qacariyyənin bir ərazisi idi. Onlar hökumət yaratmaq üçün zaman-zaman üsyanlar edirdi. Ruslar isə qoşunla hücum edib Qacariyyənin torpaqlarını tuturdular.xa0
Azərbaycanın parçalanması məsələsində yalnız ruslar və farslar deyil, ingilislər və fransızlar da iştirak edirdi. Bu 4 xalqın Azərbaycanla bağlı münasibətində son 200 ildə ciddi bir dəyişilik baş verməyib. Bu gün də həmin xalqlar azərbaycanlıların vahid bir dövlətdə yaşamasını, birləşməsini istəmir. Onlar bölgədə güclü bir türk dövlətinin siyasi səhnəyə çıxması ilə razılaşa bilmirlər. Ona görə də 1946-cı ildə yaranmış fürsətdə Stalin bilə-bilə sovet qoşunlarını İrandan çıxardı və azərbaycanlıların qırılmasına şərait yaratdı. Həmçinin, əsrin əvvəllərində Səttərxan və Xiyabani hərəkatında azərbaycanlılara dəstək verilmədi. Sonrakı dövrlərdə də azərbaycanlılaırn birləşməsi məsələsinə hər hansı dəstəyin verilməsinə şahid olmaq mümkün deyil”x9d.


































































































