Prezident İlham Əliyev

Prezident İlham Əliyev "Yenikənd" yarımstansiyasının açılışında iştirak etdi

Hazırda oxunan: Prezident İlham Əliyev "Yenikənd" yarımstansiyasının açılışında iştirak etdi

188768
Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Samux rayonuna səfəri çərçivəsində 110/35/10 kV-luq “Yenikənd”x9d yarımstansiyası istifadəyə verilib.
Moderator.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Azərişıq”x9d ASC tərəfindən tam yenidən qurulan yarımstansiyada 16 MVA gücündə iki transformator quraşdırılıb. Fiziki cəhətdən köhnəlmiş 110 kV-luq avadanlıq müasir tipli 110 kV-luq eleqaz açarlar və avadanlıqla əvəz olunub. Yarımstansiyada 2 ədəd 35 kV-luq “1-ci Poylu”x9d və “2-ci Poylu”x9d, 6 kV-luq “Qırmızı Samux”x9d, “Yenikənd”x9d, “Fövqəladə hallar”x9d hava xətləri qurulub. 35 kV-luq “1-ci və 2-ci Poylu”x9d hava xətlərindən budaqlanan Qırmızı Samux kəndi ərazisində 35/6 kV-luq, gücü 2,5 MVA olan “Lüksemburq”x9d adlı müasir qapalı tipli yarımstansiya tikilib. Yarımstansiyadan ümumi uzunluğu 150 kilometr olan 35 kV-luq dörd kabel xətti çəkilib. Həmin xətlər kənd təsərrüfatı təyinatlı torpaqların suvarılmasında müstəsna əhəmiyyətə malikdir. Belə ki, 9500 hektarda əkiləcək pambıq və qarğıdalı sahələrinin suvarılması üçün nasosların elektrik enerjisi ilə təchiz olunmasını məhz bu yarımstansiya həyata keçirir.
Samux rayonunda 35/10 kV-luq “Qarayeri”x9d yarımstansiyası da tam yenidən qurulub. Bu yarımstansiya ümumilikdə 2545 abonentə xidmət edir. Bu isə 12 min əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına imkan verir.
Son illərdə 57 min insanın yaşadığı və 16 min abonentə xidmət edən Samux Elektrik Şəbəkəsində 110 və 35 kV-luq elektrik hava verilişi xətləri təmir olunub. Köhnə transformator məntəqələri yeni transformator məntəqələri ilə əvəzlənib. Şəbəkənin 54 kilometr hava xətti kabelləşdirilib, 405 kilometr hava xətti isə əsaslı təmir olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO