“Şeir yazmaq kiminsə qarasınca danışmaqdan daha yaxşıdır...”x9d

“Şeir yazmaq kiminsə qarasınca danışmaqdan daha yaxşıdır...”x9d

Hazırda oxunan: “Şeir yazmaq kiminsə qarasınca danışmaqdan daha yaxşıdır...”x9d

137050

Sabiq deputat Gülər Əhmədovanın yaradıcılığında son zamanlar aktivlik müşahidə olunur. Bir-birinin ardınca vətənpərvərlik ruhunda şeirlər yazır və həmin şeirlərə mahnılar bəstələnir. 

Görəsən, sabiq deputat bundan sonra ancaq ədəbi yaradıcılıqla məşğul olacaq, yoxsa ki, şeir yazmaq onunçün ancaq hobbidir?

Moderator.az-ın bu mövzuda suallarına sabiq deputat Gülər Əhmədova özü aydınlıq gətirib. 
G.Əhmədova hobbisini məşğuliyyətə çevirdiyini bildirib:

 “Yaradıcılıqla məşğul olmaq üçün vaxt vacib şərtdir. Hazırda vaxtım kifayət qədərdir. Məhz buna görə də zamanında hobbi hesab etdiyim bu işlə məşğul oluram. Çox gənc yaşlarımda şeirlərimi “Azərbaycan pioneri”x9dnə, rusca yazdığım kiçik hekayələri ümumittifaq müsabiqələrə göndərirdim. Daha sonralar isə gərgin iş rejiminə görə yaradıcılıqla çox nadir hallarda məşğul olmuşam”x9d. 

Sabiq deputat planları barəsində danışarkən qeyd edib ki, gələcək fəaliyyətinin necə olacağı hələ məlum deyil: “Belə bir deyim var: “Allahı güldürmək istəyirsənsə, ona öz planlarından danış”x9d. Sabahın necə olacağı təqdiri İlahidir. Şeir hər hansı ruh halında yazılır. Mən o qədər də bacarıqlı deyiləm ki, istənilən mövzuda və ya vaxtda şeir yaza bilim. Mənə təsir edə bilmiş hadisələrə verdiyim reaksiyadır şeirlərim. Klassikləri oxumaq, dinləmək Allahın bu insanlara bəxş etdiyi istedadın nəticəsidir. Onlar yazmaya bilməzdilər. Allah xoş saatda onlara böyük hədiyyə vermişdi ki, bəşəriyyətlə bölüşsünlər. Bəzi dahi bəstəkar və şairlərin qəribəlikləri də bununla bağlıdır. İncəsənət, poeziya, musiqi ilə məşğul olmaq Allaha yaxınlaşmağın yollarından biridir. Elmlə məşğul olub Allaha yaxınlaşmaq mümkündür. Biz heçdən yaranmışıq və sonumuz da heçdir. Ölməyən əbədi ruhumuz daim inkişaf etməlidir. Kimsə bunu ibadətdə, kimsə poeziyada, kimsə musiqidə, kimsə elmdə, kimsə sevdiyi, rahatlıq tapdığı, onu xoşbəxt edən hər hansı iş prosesində tapır. Ruhumuz da maddi canımız kimi qidalanmalıdır. İstənilən bədən üzvünüzü 24 saat hərəkət etdirməyin, baxın o zaman nə baş verəcək. Ruhumuz da qidalanmalı, hərəkətdə olmalıdır”x9d. 

G.Əhmədova onu da deyib ki, yazdığı şeirləri hələ tənqid edən olmayıb: 

“İndiyədək 'bah, filankəs də şair oldu”x9d kimi fikirlər deyən olmayıb. Tələbə yoldaşlarım onlara zarafatla yazdığım şeirləri bu gün də saxlayırlar. Bəlkə bundan sonra eşitdim, deyə bilmərəm. Millət vəkili olanda da mahnı sözləri, şeirlər yazmışam. O zaman heç vaxt tənqid eşitmədim. Ancaq indi çox adam tənqidə cürət edə bilər. Amma məsələ bunda deyil. Vaxtilə ara müğənnisi dedikləri insanları böyük məclisləri idarə etməyə çağırırdılar. Həmin şəxslər indi xalq artistidir. Buna bənzər hadisələr müxtəlif dövrlərdə alimlərin, bəstəkarların başına çox gəlib. Poeziya, musiqi böyük ümmandır. Kimə Allah nə qədərini əta etsə, çox şükr eləsin. Ümumiyyətlə poeziya ilə məşğul olmaq kiminsə qarasınca danışmaqdan daha yaxşıdır, amma çətindir...”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO