"Yaqub Zurufçunu lənətləməliyik..."

Hazırda oxunan: "Yaqub Zurufçunu lənətləməliyik..."

128888
Azərbaycanın əməkdar artisti, əslən azərbaycanlı olan güneyli müğənni Yaqub Zurufçunun Almaniyada keçirəcəyi silsilə konsert proqramına bu ölkədə yaşayan həmvətənlərimiz də etiraz edib. 

Hazırda Almaniyada yaşayan və azərbaycanlıların təşkilatlanması istiqamətində fəaliyyət göstərən Əlövsət Əliyev Moderator.az-a açıqlamasında Almaniyada və Avropada yaşayan soydaşlarıma çağırış edib. 


Əlövsət Əliyev soydaşlarımızı Yaqub Zurufçunun konsertinə getməməyə çağırıb: “Yaqub Zurufçunu gənclik illərimdən çox sevmişəm. Onun səsini nə zamansa, Cənubla Şimal arasındakı həsrətə məlhəm kimi qəbul etmişəm. Bir müddət əvvəl onun "Byra Kurdustan" mahnısını dinlədim. O, həmin mahnını Azərbaycanın dilində və Azərbaycan ərazilərinin də daxil olduğu "Böyük Kürdüstan"ın xəritəsinin önündə oxuyub. Dünən məlumat aldım ki, onun Almaniyanın 3 şəhərində, aprelin 15-də Hamburq, 16 -da Köln, 17-də Fankfurt şəhərlərində  konserti olacaq. Həmyerlilərimizə həmin konsertdə iştirak etməmələri üçün çağırış edirəm. Azərbaycanın ərazi bütövlüyünü qəbul etməyən şəxsə dəstək vermək, konsertində iştirak etmək onun siyasi görüşlərinə də dəstək verməkdir. Yaqub istənilən dildə oxuya bilər, bu onun hüququdur. Lakin o, Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən xəritəni başı ustə qaldırırsa, biz onu lənətləməliyik. Və heç bir azərbaycanlı onun konsertinə qoşulmalıdır. Yaqub Zurufçunun konsertinə qoşulanlar Azərbaycanla bağlı diaspora təşkilatlarında təmsil oluna bilməzlərlər”x9d. 

Əlövsət Əliyev Yaqub Zurufçunu müşayət edəcək musiqiçilərimizə  də səslənib: “Onu konsertdə tarzən Ramiz Quliyev, qarmon ifaçısı Aftandil İsrafilov, qoşanağara ifaçısı Sadıq Zərbəliyev müşayət edəcəklər.  Onlara da səslənirəm və zamanında Yaqub Zurufçunu tərk etmələrini  məsləhət görürəm. Biz onların bu konsertlərdən əldə edəcəkləri gəlirləri öz aramızda toplayıb ödəyə bilərik. Yetər ki, dayansınlar, ziyanın yarısından qayıtmaq da xeyirdir”x9d. 

Rumiyyə 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO