"Məni daha çox Canəli Əkbərovun qımıldanmaz duruşu narahat etdi"

Hazırda oxunan: "Məni daha çox Canəli Əkbərovun qımıldanmaz duruşu narahat etdi"

123826
"Məncə Əbülfəs müəllim rus və ya ingilis dilində çıxış etsəydi belə məşum yanlışlığa yol verməzdi. Əbülfəs müəllim rus dilində təhsil alıb, bizim rayonumuzda da ingilis dili müəllimi işləyib". 


Bunu Moderator.az-a açıqlamasında şair Şəhriyar del Gerani bildirib. 

Şəhiyar del Gerani deyib ki, Xocalı ağrısını, ümumiyyətlə Xocalı şəhidi məfhumunu bütün iliklərinə, qan damar sisteminə qədər yalnız və yalnız Azərbaycan dilində hiss etmək, duymaq olar: "Hörmətli Qarayev də bu dili bilmir. Nə etməli? Bu dildə ədəbiyyat yaradan şair-yazıçılara hüdudsuz sayğısızlıq, diqqətsizlik nümayiş etdirən Əbülfəs bəydən Azərbaycan dili də belə intiqam aldı. Düzü, məni Canəli Əkbərovun qımıldanmaz duruşu da narahat etdi. Min ildir Qarabağ şikəstəsi oxuyur, qulağının dibində o boyda hədyan səslənir, bunun heç vecinə də deyil. Adamın əsəb sistemi nə qədər sakit olarmış a kişi. Tam ciddi deyirəm, mən Canəli Əkbərovun əsəblərinə səmimi-qəlbdən qibtə edirəm. Başqa heç nə.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO