“Yaxın gələcəkdə Rusiya-Türkiyə və Rusiya-NATO münasibətləri gərginləşəcək”x9d

“Yaxın gələcəkdə Rusiya-Türkiyə və Rusiya-NATO münasibətləri gərginləşəcək”x9d

Hazırda oxunan: “Yaxın gələcəkdə Rusiya-Türkiyə və Rusiya-NATO münasibətləri gərginləşəcək”x9d

119038

Rusiyaya məxsus “Su-34”x9d təyyarəsinin Türkiyənin hava sərhəddini pozması Rusiya-Türkiyə münasibətlərini daha da kəskinləşdirib. Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Hərbi Jurnalistlər”x9d İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, baş verən proseslər yaxın gələcəkdə Rusiya-Türkiyə və Rusiya-NATO münasibətlərindəki gərginliyin artacağını göstərir:

Vəziyyət belədir ki, ötən ilin noyabrında Türkiyə sərhədini pozan Rusiya Silahlı Qüvvələrinə məxsus "Su-24" bombardmançı təyyarəsi Türkiyə qırıcıları tərəfindən vurulduqdan sonra düşünmək olardı ki, Rusiyanın siyasi-hərbi rəhbərliyi müəyyən nəticələr çıxaracaq. Lakin prezident Vladimir Putin və onun məsləhətçiləri sakitləşmək əvəzinə, vəziyyəti bir az da gərginləşdirməkdə davam edirlər. Dünən yenidən Türkiyə hava məkanı Rusiyaya məxsus hərbi təyyarə tərəfindən pozulub. Maraqlıdır ki, ötən dəfə çox böyük narazılıq və hikkə nümayiş etdirən Rusiya rəhbərliyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Su-34”x9d təyyarəsi ilə bağlı baş vermiş insidentdən sonra Rusiya prezidenti Vladimir Putinlə telefonla danışmasına da məhəl qoymayıb. Bu isə o deməkdir ki, yaxın zamanlarda biz iki ölkə və hətta NATO-Rusiya arasında daha gərgin bir mənzərənin şahidi ola biləcəyik. Bunun da səbəbkarı məhz özündənrazı və hikkəli Putin və ətrafı olacaq.

Vəziyyətin gərginləşdiyini Rusiyanın Ankaradakı səfirinə də çatdırılmasına baxmayaraq, Rusiya Müdafiə Nazirliyi guya hər hansı sərhəd pozuntusunun olmadığını sübut etməyə çalışır. ABŞ Müdafiə Nazirliyinin sözçüsü Mark Rayt da Rusiya təyyarəsinin Türkiyə sərhədini pozmasını qınayıb və haqlı olaraq Rusiyanı bölgədəki sabitliyi pozmaqda günahlandırıb. Mən də o fikirlə tam razıyam ki, yaranan siyasi gərginlikdə Türkiyə haqlıdır və bunun məhz NATO üzvü olan dövlətə qarşı olmasını da indiki həssas məqamda heç kim Putinə bağışlamayacaq”x9d.

Ekspertin qəanətincə, Rusiyanın Türkiyə ilə münasibətləri məqsədli şəkildə gərginləşdirməsi hər şeydən öncə Rusiyanın özünə yaxşı heç nə vəd etmir:

“Mənə elə gəlir ki, çoxlu problem və qayğıları olan, hər tərərfdən istisadi və siyasi sanksiyalara məruz qalan Rusiya tərəfi belə addımları ilə özünü daha çətin vəziyyətə salır. Özləri də gözəl anlayırlar ki, onların gücü təkcə Türkiyəyə qarşı deyil, heç NATO-nun cüzi zərbəsinə də davam gətirməyəcək. Düşünmürəm ki, hər hansı ciddi müharibə olsun, amma hikkə və təkəbbür Rusiya rəhbərliyinin sonunu məncə yaxınlaşdırır. Bütün dünya onların hegemonluq, mənəm-mənəmlik iddialarının çox uğursuz nəticələr verdiyinin şahididir. Heç kim rusların şıltaqlıq və nazı ilə oynamaq fikrində deyil. Təkcə Ukraynaya görə çox ciddi səhvlərinin bədəli tam ödənilməmiş, ardınca Suriyadakı özbaşınalıqlar, indi də NATO üzvü olan Türkiyəyə qarşı belə kobud, yolverilməz davranış düşünürəm ki, rəsmi Moskva üçün acı sonluqla bitə bilər”x9d.

 

Seymur Əliyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO