Rusiya Zaporojyeyə hücum edib, ölənlər var

Rusiya Zaporojyeyə hücum edib, ölənlər var

Hazırda oxunan: Rusiya Zaporojyeyə hücum edib, ölənlər var
620489
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyunun 20-də Rusiya Ukraynanın Zaporojye vilayətinə 9 idarə olunan aviasiya bombası atıb. Hücum zamanı şəhərdə 10-dan çox güclü partlayış səsi eşidilib. 

Bizim.Media xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorov "Telegram" kanalında yazıb.

O bildirib ki, hücum nəticəsində dörd nəfər həlak olub, altı nəfər yaralanıb.

"Təəssüf ki, dörd nəfər həlak olub, altı nəfər yaralanıb. Zərərçəkənlərə bütün lazımi tibbi yardım göstərilir", - o açıqlayıb.
 

Zərbələr mülki infrastruktur obyektlərinə, yaşayış sahələrinə və yerli hidroelektrik stansiyasının (HES) yerləşdiyi rayona dəyib. Şəhərin bir neçə hissəsində güclü yanğınlar və tüstülənmə qeydə alınıb.


Qeyd olunub ki, dağıntılar altında qalanların olması ehtimalı ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO