Zelenski məhrum edildiyi ordeni poçtla geri qaytardı - FOTO

Zelenski məhrum edildiyi ordeni poçtla geri qaytardı - FOTO

Hazırda oxunan: Zelenski məhrum edildiyi ordeni poçtla geri qaytardı - FOTO

620488

Ukraynla lideri məhrum edildiyi “Ağ Qartal” ordenini Polşa Prezidenti Karol Navrotskiyə poçtla göndərib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat verib.

Siyasətçi paylaşımına poçt şöbəsindən çəkilmiş fotoşəkilləri də əlavə edib.

"Biz hesab edirdik ki, 2023-cü ildə “Ağ Qartal” ordeni məhz Ukrayna xalqına və ordumuza ünvanlanmışdı. O vaxt belə deyilmişdi", - deyə Zelenski yazıb.
 

O qeyd edib ki, Polşanın ən yüksək etimad rəmzi olan bu mükafat hələ də imperatriça II Yekaterinada, İtaliya faşizminin banisi Benito Mussolinidə və Almaniyanın keçmiş kansleri Gerhard Şröderdə qalmaqdadır.


Ukrayna prezidentinin sözlərinə görə, ordenin geri qaytarılmasına baxmayaraq, Kiyev Rusiya ilə qarşıdurmada göstərdiyi dəstək və əməkdaşlığa görə Polşa xalqına minnətdardır və gələcəkdə də Varşava ilə məzmunlu qarşılıqlı fəaliyyət formatlarına açıq olacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO