İcra başçısı MTN-nin keçmiş şefinə villa hədiyyə edib?

İcra başçısı MTN-nin keçmiş şefinə villa hədiyyə edib?

Hazırda oxunan: İcra başçısı MTN-nin keçmiş şefinə villa hədiyyə edib?

107592
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov qətiyyətlə bildirir ki, o keçmiş MTN rəhbəri Eldar Mahmudova dəyəri 3 milyon manat olan villa tikdirməyib və onun ad gününə hədiyyə etməyib.
 
Axar.az xəbər verir ki, bu sözlər İsmayıllı Rayon İcra hakimiyyəti mətbuat xidmətinin rəsmi açıqlamasında əksini tapıb. İcra Hakimiyyətinin mətbuat katibi Valeh Salehov bildirib ki, İsmayıllı rayon icra başçısı Mirdamət Sadıqovun rayonun görkəmli yerlərindən birində MTN-in keçmiş rəhbəri Eldar Mahmudovun ad gününə hədiyyə məqsədilə villa tikdirməsinə dair yayılan xəbərlərin əsası yoxdur.
 
Açıqlamanın sonunda mediaya yoxlanılmamış informasiyalar yaymamaq tövsiyə olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO