Muzdla çalışan işçilərin sayı AÇIQLANDI

Muzdla çalışan işçilərin sayı AÇIQLANDI

Hazırda oxunan: Muzdla çalışan işçilərin sayı AÇIQLANDI

635831

2026-cı il avqustun 1-i vəziyyətinə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1781,1 min nəfər olub, onlardan 836,9 min nəfəri dövlət sektorunda, 944,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, muzdla çalışan işçilərin 18,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 17,5 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,5 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2026-cı ilin yanvar-iyul aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 1176,7 manat təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO