Rusiyanın şimal-qərbində, Sankt-Peterburq yaxınlığında yerləşən Ladoqa gölünün dibində İkinci Dünya müharibəsi illərindən qalan bir neçə yük və minik avtomobili aşkarlanıb.
Bizim.Media xəbər verir ki, “Divo” sualtı klubunun üzvləri, Rusiya DOSAAF-ı və “Dəniz geodeziyası” şirkətinin birgə ekspedisiyası zamanı avtomobillər təxminən 35 metr dərinlikdə tapılıb.
İlkin məlumatlara görə, maşınlar 1941-ci ilin payızında batıb. Gölün dibində avtomobillər bir-birinin ardınca düzülmüş vəziyyətdədir. Mənzərə sanki bütöv bir avtomobil karvanının yolun ortasında dayanmasını xatırladır. Lakin bu “dayanacaq” artıq 85 ilə yaxındır davam edir.
Aşkarlanan avtomobillər arasında iki QAZ-AA yük maşını, ZİS-101 minik avtomobili və Amerikanın “Graham” markasına aid bir neçə avtomobil var.
Ekspedisiya iştirakçıları tapıntıların hansı şəraitdə gölün dibinə batdığını araşdırırlar. (Musavat.com)



Bizim.Media

- A-
- A
- A+
Dünya
10:12 / 10.09.2026
85 il sonra üzə çıxdı: Gölün dibində bütöv avtomobil karvanı – FOTO
Hazırda oxunan: 85 il sonra üzə çıxdı: Gölün dibində bütöv avtomobil karvanı – FOTO
Hazırda oxunan: 85 il sonra üzə çıxdı: Gölün dibində bütöv avtomobil karvanı – FOTO
635820
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































