Bir qrup Qobustan ziyalısı MTN rayon şöbəsi rəisinin müdafiəsinə qalxdı  - FOTO

Bir qrup Qobustan ziyalısı MTN rayon şöbəsi rəisinin müdafiəsinə qalxdı - FOTO

Hazırda oxunan: Bir qrup Qobustan ziyalısı MTN rayon şöbəsi rəisinin müdafiəsinə qalxdı - FOTO

104271
Qobustandan özlərini rayon ziyalıları və ağsaqqalları kimi təqdim edən 7 nəfərin adından saytımıza aşağıdakı məzmunda bir məktub daxil olub:

Moderator.az - da yazılan məqalə ilə tanış olduq, həddən artıq məyus olduq. Təəssüf ki, hazırki dövrdə vicdanlı, namuslu, ləyaqətli insanlara qarşı şər - böhtan atanlar hələ də var. Özümüzə mənəvi borc bildik ki, bu yazıya Qobustan rayon ağsaqqalları və ziyalıları kimi münasibətimizi bildirək. 

Biz MTN Qobustan rayon şöbəsinin rəisi Əfqan Məmmədovu təmiz, vicdanlı, özünə və şəxsiyyətinə hörmət edən şəxs kimi tanıyırıq. Bir ildən artıqdır ki, Qobustan rayonunda məsul vəzifədə işləyir, vəzifəsinin öhdəsindən layiqincə gəlir, obyektiv, saf - təmiz bir insandır. Kiminsə onun haqqında şər - böhtan xarakterli yazılar yazması bizi hiddətləndirir. Onun barəsində yazılanlar şər və böhtandır. Həmin ərazi çay kənarında olduğu üçün orada qəbiristanlığın salınması, eləcə də əvvəllər də qəbiristanlıq olması barədə heç bir  məlumat yoxdur. Xahiş edirik ki, saytınızda gedən materialların yalan və böhtan olduğunu ictimaiyyətə çatdırasınız. 

Rayon ziyalıları adından:

Ağayev Abdulhəsən

Fizuli Güləliyev

Ənvər Qayıbov

Cəlal Əzizov

Əlisahib Mehdiyev

Vasif Novruzov

Əli bəy Abduləzizov

Xatırladaq ki, bu gün Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində məsul katib vəzifəsində işləyən Qobustan rayonu İlanlı kəndinin sakini İrşad Hüseynov eks nazir Eldar Mahmudov və MTN Qobustan rayon şöbəsinin rəisi Əfqan Məmmədov haqqında dəhşət dolu ittiham məktubu göndərərək saytda yayımlanmasını xahiş etmişdi.

Həmin məktub bu linkdə---moderator.az/news/104155.html

Bir qrup Qobustan ziyalısı MTN rayon şöbəsi rəisinin müdafiəsinə qalxdı <i style= - FOTO" src="//old.moderator.az/fotobaza/original/9474.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO