
- A-
- A
- A+
Ekskluziv
16:14 / 16.05.2023
3 dəq oxunma
"Siçovullar siçan tələsində" - General Sırski Baxmutdakı vəziyyət haqqında
Hazırda oxunan: "Siçovullar siçan tələsində" - General Sırski Baxmutdakı vəziyyət haqqında
637558
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Döyüşçülərimizin hər biri müharibə tariximizin yeni səhifəsinin müəllifidir..."
"Siz öz fəaliyyətinizlə Rusiya ordusunu stupor vəziyyətinə salmısınız..."
Ukrayna Silahlı Qüvvələri Baxmut ətrafındakı cinahlarda taktiki uğurlar əldə edib, lakin şəhərin özündə "Vaqner qrupu" özəl hərbi şirkəti müqavimət göstərməkdə davam edir.
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin yeni icmalında deyilir.
"Vaqner qrupu" qüvvələri Donetsk vilayətinin Baxmut şəhərinin mərkəzində Ukrayna mövqelərini təmizləyərək, tədricən irəliləyir. Lakin son dörd gündə Ukrayna qüvvələri taktiki irəliləyiş əldə edərək, Baxmutun cinahlarını öz xeyrinə sabitləşdirə bilib", - Britaniya kəşfiyyatçıları məlumat verib.
O cümlədən, Böyük Britaniya kəşfiyyatı Ukrayna qüvvələrinin şəhərin cənubu və şimal-qərbinə doğru irəliləməsini qeydə alıb.
"Bu, ehtimal ki, Ukrayna qüvvələrinə həlledici 0506 təchizat yolundan daha təhlükəsiz istifadəni bərpa etməyə imkan verib", - Böyük Britaniya Müdafiə Nazirliyi qeyd edib.
Nazirlik güman edir ki, Ukrayna komandanlığı Şimali Donets-Donbas kanalı üzərində nəzarəti bərpa etmək, bununla da bu istiqamətində, o cümlədən Çasov Yar şəhərinin müdafiəsi məqsədilə ondan müdafiə zonası kimi istifadə etmək niyyətindədir .
Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarının Komandanı general-polkovnik Aleksandr Sırski vurğulayıb ki, Baxmut cəbhəsi rusiyalılar üçün "siçan tələsi"nə çevrilib. Bu barədə o, cəbhənin Baxmut hissəsinə səfəri zamanı bəyan edib.
"Ön cəbhədə komandirlər və döyüşçüləri ziyarət etdim. Onların hər biri bizim müharibə tariximizin yeni səhifəsinin müəllifidir", - Sırski "Telegram-kanal"ında yazıb.
Onun sözlərinə görə, USQ-nin Baxmut istiqamətində irəliləməsi Baxmutun müdafiəsi üzrə hücum əməliyyatlarının gedişində ilk uğurudur.
"Siz öz fəaliyyətinizlə Rusiya ordusunu stupor vəziyyətinə salmısınız, çünki rusiyalılar hücumun, əsas hücumun harada olmasını anlamır, artıq özününkü hesab etdikləri və mühasirəyə alındığını dedikləri Baxmutda nəyin baş verdiyini bilmir.
Baxmayaraq ki, "Vaqner" siçovulların siçan tələsinə düşdüyü kimi Baxmuta soxulub, biz sizinlə şimaldan və cənubdan hücum əməliyyatlarını davam etdiririk", - general deyib.
Onun sözlərinə görə, son bir neçə gün göstərib ki, USQ irəliyə gedə bilər və hətta çox mürəkkəb şəraitdə düşməni məhv edə bilər.
"Biz düşmənlə müqayisədə az resursla döyüşürük. Bununla birlikdə, biz düşmənin planlarını poza bilirik. Bütün bunlar təcavüzkarla döyüşərək insanın imkanlarının son həddinə sinə gərən döyüşçülərimizin sayəsində mümkün olur", - Sırski qeyd edib və vurğulayıb ki, bu, yalnız "qismən uğurdur".
"Və bunu belə də qəbul etmək lazımdır. Baxmutun müdafiəsi üzrə əməliyyat davam edir. Müdafiə üçün bütün zəruri olan qərarlar qəbul edilib. Biz komandirlərlə birgə birbaşa döyüş əməliyyatları yerində hadisələrin inkişafının bütün mümkün ssenarilərini işləyib hazırlamışıq", - Sırski əlavə edib.
"Hər birinizə qəhrəmanlığınıza görə təşəkkür edirəm", - general qeyd edib və döyüşçülərə mükafatlar və hədiyyələr təqdim edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.




































































































