"Ukraynalılar Baxmut üzərində nəzarəti, demək olar ki, itirib..." - ISW-dən etiraf...

Hazırda oxunan: "Ukraynalılar Baxmut üzərində nəzarəti, demək olar ki, itirib..." - ISW-dən etiraf...
627336
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
"Rusiya Baxmutda yandırılmış torpaq taktikası tətbiq edir, şəhərdə vəziyyət mürəkkəbdir..."
 
"Ukrayna Silahlı Qüvvələri qarşısında "vaqnerçiləri" tükəndirmək və ya onların Baxmutdan kənara çıxmasına imkan verməmək vəzifəsi qoyulub..."
 
Ukrayna Silahlı Qüvvələri üçün Baxmutda vəziyyət heç də yaxşı inkişaf etmir.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutu (ISW) müfəssəl məlumat verib.
 
Baxmut uğrunda döyüş Ukraynada tammiqyaslı müharibənin ən sərt və mürəkkəb döyüşüdür. Rusiyanın işğalçı ordusu faktiki olaraq şəhəri Yer üzündən silib.
 
Lakin rusiyalılar bununla kifayətlənməyib və hazırda Rusiya əvvəlcədən əsaslı surətdə dağıtdığı Baxmutun 87 faizinə nəzarət edir. Mahiyyətcə, Rusiya xarabalıqlar yaradıb və onları zəbt edib.
 
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı bəyan edir ki, Baxmut və onun ətrafında ağır döyüşlər davam edir, ukraynalı hərbçilər düşmənin hücumlarını dəf edir.
 
Baxmutdan 12 km cənub-qərbə doğru TO504 "Konstantinovka-Vremen Yar-Baxmut" trası boyunca yerləşən Stupoçka kəndi yaxınlığında düşmənin hücumu uğurla dəf edilib.
 
Eyni zamanda, rusiyalı hərbi müxbirlər iddia edir ki, "Vaqnet qrupu" özəl hərbi şirkətinin muzdluları Baxmutun şimal-qərb hussəsində xeyli irəliləyib və Vesyolaya küçəsindən şimalda yerləşən rayonu, o cümlədən 2 saylı Baxmut xəstəxanasının ərazisini nəzarətə götürüb.
 
Həmçinin qərbi Baxmutla şərqi Xromovo arasında yerləşən Marşal Tolbuxin küçəsinə hücum baş verib.
 
Buna paralel olaraq üzdəniraq "DXR" bəyan edib ki, Baxmutun 90 faizdən çoxuna nəzarət edir. Lakin Amerikanın müharibənin öyrənilməsi İnstitutu iddia edir ki, əslində Baxmut şəhərinin 87, 9 faizi zəbt edilib.
 
Onu demək lazımdır ki, Ukrayna Silahlı Qüvvələri Baxmutu müdafiə etməkdə davam edir. Ukraynanın müdafiə Qüvvələrinin məqsədi strateji xarakter daşıyır və bu barədə açıq deyilmir. 
 
Hər şeydən göründüyü kimi, USQ qarşısında "vaqnerçiləri" tükəndirmək və ya onların Baxmutdan kənara çıxmasına imkan verməmək vəzifəsi qoyulub.
 
Bundan öncə məlumat verilib ki, Rusiya Baxmuta hücumunu fəallaşdırıb. Rusiya qoşunları Donetsk vilayətində Baxmut şəhərinə hücumu ona görə fəallaşdırıb ki, Rusiya MN və "Vaqner qrupu" qarşılıqlı əlaqəni yaxşılaşdırıb.
 
Xatırladaq ki, Rusiya Baxmutda yandırılmış torpaq taktikası tətbiq edir, şəhərdə vəziyyət mürəkkəb, lakin nəzarət ediləndir. Məlumat verilir ki, binalar və ukraynalı hərbçilərinin mövqeləri aviasiya və artilleriya atəşləri ilə hücuma məruz qalır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO