
- A-
- A
- A+
Ekskluziv
00:37 / 01.02.2023
2 dəq oxunma
Fevralda bir neçə maqnit qasırğası gözlənilir: Təhlükəli günlərin təqvimi...
Hazırda oxunan: Fevralda bir neçə maqnit qasırğası gözlənilir: Təhlükəli günlərin təqvimi...
592303
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Maqnit qasırğaları rabitə sistemlərinin işinə təsir göstərə və texniki nasazlıqlara gətirib çıxara bilər..."
"Planetin geomaqnit sahəsinin həyəcanı xroniki xəstəlikləri olan insanlara daha çox təsir edir..."
Maqnit qasırğalarının təsiri ilə necə mübarizə aparmalı?..
Alimlər fevral ayı üçün maqnit qasırğası proqnozunu verib.
Moderator.az xəbər verir ki, bu barədə "Meteoagent" saytı məlumat yayıb.
ABŞ Milli okeanoqrafiya və atmoafer tədqiqatları agentliyinin kosmik havanın proqnozlaşdırılması Mərkəzinin məlumatlarına görə, yüksək geomaqnit aktivlik ayın əvvəlinə təsadüf edəcək.
Belə ki, maqnit qasırğası fevralın 2-3-də və 7-10-da gözlənilir. Həmçinin 4, 12-13, 18 və 22-24 fevral tarixlərində geomaqnit sahə "narahat" olacaq.
Eyni zamanda, "Meteoagent" saytı ABŞ okean və atmosfer tədqiqatları Milli İdarəsinin və TESIS meteoroloji laboratoriyası peyk sistemlərinin köməyilə tərtib edilən maqnit qasırğası təqvimini dərc edib.
"Meteoagent"in versiyasına görə, maqnit qasırğaları aşağıdakı günlər gözlənilir:
5 fevral-güclü maqnit qasırğası;
7 fevral-orta maqnit qasırğası;
10 fevral-güclü maqnit qasırğası;
15 fevral-zəif maqnit qasırğası.
Maqnit qasırğasının gücünə gəldikdə, K-indeksin 4 səviyyəsində olacağı gözlənilir.
K-indeks geomaqnit fəallığının göstəricisi, geomaqnit qasırğasının təsnifatçısıdır, Yerin maqnit sahəsinin 3 saatlıq interval normasından kənara çıxmasını göstərir. Onun kəmiyyəti 0-dan 9-dəkdir, 9 ən yüksək göstəricidir.
Maqnit qasırğaları Yerin geomaqnit sahəsinin müxtəlif intensivliyi olan, bir neçə saatdan bir neçə günədək davam edən "qəzəbidir". Belə hadisələr rabitə sistemlərinin işinə təsir göstərə və texniki nasazlıqlara gətirib çıxara bilər.
Planetin geomaqnit sahəsinin həyəcanı xroniki xəstəlikləri olan insanlara başqalarından daha çox təsir edir. Belə günlərdə ürək, sinir sistemi, köhnə və təzə travmaları, damar və endokrin xəstəlikləri olan insanlar ümumi əhval-ruhiyyənin pisləşməsini hiss edə bilər.
Maqnit qasırğalarının təsiri ilə necə mübarizə aparmalı?
- alkoqoldan, çoxlu qəhvədən istifadə etməmək və yağlı, ziyanlı qidalardan vaz keçmək;
- gün ərzində ən azı 1, 5 litr maye qəbul etmək;
- yuxu rejiminə diqqət etmək, təmiz havada daha çox olmaq;
- mübahisələr və münaqişəli vəziyyətlərdən yan keçmək;
- uzaq səfərlər planlaşdırmamaq və sinir sisteminin yüklənməsini azaltmaq.
Yadda saxlamaq lazımdır ki, Yer üzərini maqnit qasırğası bürüyəndə başağrısı, arterial təzyiqin dəyişməsi, yorğunluq, əhval-ruhiyyənin dəyişilməsi, aqressivlik, əsəbilik, yuxululuq və ya, əksinə, yuxusuzluq kimi əlamətlər hiss etmək olar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən































































































