Kremennayaya doğru irəliləyən USQ işğalçılara Baxmutu mühasirəyə almağa imkan vermir...

Kremennayaya doğru irəliləyən USQ işğalçılara Baxmutu mühasirəyə almağa imkan vermir...

Hazırda oxunan: Kremennayaya doğru irəliləyən USQ işğalçılara Baxmutu mühasirəyə almağa imkan vermir...

585844
"Rusiyalılar Xerson vilayətində yol verdiyi səhvlərdən nəticə çıxarmağa cəhd edir..."
 
"Ukrayna müdafiəçiləri Baxmutda və şəhərdən 19 km şimal-şərqə doğru raşistlərin hücumunu dəf edib..."
 
Ukrayna müdafiəçiləri getdikcə Luqansk vilayətinin Kremennaya məntəqəsinə yaxınlaşır. USQ-nin hücumu davam edir, raşistlər zərbənin qarşısını almaq iqtidarında deyil. Bundan başqa, işğalçılar Donetsk vilayətində Baxmut şəhərini mühasirəyə almağa cəhd edir, lakin buna nail ola bilmir.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri 12 yanvar tarixli hesabatında bəyan edib. Məlumatı "УНИАН" nəşri yayıb.
 
Onların sözlərinə görə, Ukrayna qüvvələri rusiyalı işğalçılarının hücumlarını uğurla dəf edir.
 
"Yanvarın 12-də Rusiya və Ukrayna qoşunları Svatovo-Kremennaya xəttində hücum əməliyyatlarını davam edib.
 
Ukrayna Baş Qərargahının məlumatına görə, Ukrayna qüvvələri Rusiya qoşunlarının Strelmaxovka rayonunda (Svatovodan 16 km qərbə) hücumunu dəf edib.
 
Rusiya müdafiə nazirliyi bəyan edib ki, Rusiya qoşunları Svatovodan 44 km şimal-qərbə Kislivki, Olşan, Tabayevka, Xarkov vilayətinin Kroxmal və Pervomaysk rayonlarında Ukraynanın diversiya-kəşfiyyat qruplarını məhv edib. 
 
Ukrayna Baş Qərargahı məlumat verib ki, Ukrayna qüvvələri Rusiya qoşunlarının Kremennaya rayonunda hücumunu dəf edib, bu da Ukrayna qüvvələrinin yaşayış məntəqəsinə daha da irəliləməsinin sübutu ola bilər", - analitiklər məlumat verib.
 
Ekspertlər həmçinin Britaniya müdafiə nazirliyinin məlumatını qeyd edib, məlumatda deyilir ki, son iki gündə Kremennayanın yaxınlığında güclü döyüşlər gedib və Rusiya qoşunları Rusiya Hava-Desant Qoşunlarının 76-cı qvardiya desant-hücum diviziyasının bölmələrini cəbhənin həssas olan Kremensk sahəsinə köçürüb.
 
Müdafiə nazirliyinin fikrincə, rusiyalılar Xerson vilayətində öz səhvlərindən nəticə çıxarmağa cəhd edir. Belə ki, Rusiya komandirləri hava-desant qoşunlarından yerdə uzun müddət qalmaq üçün deyil, çevik elit qüvvələri kimi istifadə etməyə cəhd göstərir.
 
Ekspertlər həmçinin Baxmut istiqamətdəki vəziyyəti təhlil edib. Onlar Ukrayna Baş Qərargahının məlumatına istinadən göstərib ki, bizim müdafiəçilərimiz Baxmutun özündə, habelə şəhərdən 19 km şimal-şərqə doğru bir neçə yaşayış məntəqələrində raşistlərin hücumunu dəf edib.
 
Bundan başqa, Ukrayna hərbçiləri Baxmutdan cənub-qərbə Kleşşiyevka və Mayorsk rayonlarında 22 km hüdudlarda düşmənin hücumunu dəf edib.
 
Həmçinin ISW rusiyalı təbliğatçılarının, guya, Marinkanın ələ keçirilməsi barədə informasiyanı da şərh ediblər. Ekspertlər bu bəyanatları təsdiq etmir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO