"Dünya çempionatının finalı ərəfəsində Fransa yığması qripə yoluxub" - Didye Deşam

Hazırda oxunan: "Dünya çempionatının finalı ərəfəsində Fransa yığması qripə yoluxub" - Didye Deşam
578450
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
"Burada daima kondisionerlər işləyir. Bizim bəzi oyunçularımızda qrip əlamətləri var. Virusun yayılmaması üçün hər şeyi edəcəyik..."
 
Kərim Benzema final oyununda iştirak edəcəkmi?..
 
Futbol üzrə Fransa yığma komandasının bir neçə oyunçusu Qətərdə dünya çempionatında qripə yoluxub. 
 
Moderator.az xəbər verir ki, bu barədə Fransa yığma komandasının baş məşqçisi Didye Deşam məlumat verib. Məlumatı SİTA agentliyi yayıb.
 
Çərşənbə günü Fransa yığması yarımfinal oyununda Mərakeş komandası üzərində 2:0 hesabı ilə qalib gələrək dünya çempionatının finalına çıxıb.
 
Xəstəlik səbəbindən Fransa yığmasının yarımmüdafiəçisi Adriyen Rabyo oyunu buraxmalı olub.
 
"Burada daima kondisnerlər işləyir. Bizim bir neçə oyunçumuzda qrip əlamətləri var. Virusun yayılmaması üçün hər şeyi edəcəyik", - Deşam deyib.
 
Fransa yığmasının baş məşqçisi "Qızıl top" mükafatçısı Kərim Benzemanın final oyununda mümkün iştirakı barədə suala cavab verməkdən imtina edib.
 
Forvard dünya çempionatına daxildir. Lakin turnir başlamazdan öncə travma səbəbindən komandanı tərk edib. 
 
Benzema məşqlərini İspaniyanın "Real" komandasında bərpa edib. 
 
"Mən bu suala cavab vermək istəmirəm",- Deşam deyib.
 
Dekabrın 18-də baş tutacaq final oyununda Fransa yığması Argentina komandası ilə görüşəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO