
- A-
- A
- A+
Ekskluziv
10:13 / 15.12.2022
6 dəq oxunma
Putin üçün bütün hakimiyyəti dönəminin ən qaranlıq və həm də sonuncu ili - 2023 - cü il...
Hazırda oxunan: Putin üçün bütün hakimiyyəti dönəminin ən qaranlıq və həm də sonuncu ili - 2023 - cü il...
577647
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Rusiya 100 ildən çox bundan öncəki bolşevik inqilabından sonra ən böyük beynəlxalq təcridlə üzləşib..."
"Putin 2023-cü ilə az sayda dostları və daha az sayda variantları ilə qədəm qoyur..."
"Putin hətta ən sözəbaxan auditoriya ilə görüşmək ovqatında deyil..."
"Putinin kameralardan gizləndiyi halda, onun qəddar düşməni Zelenski ili beynəlxalq nüfuzunun etirafı dalğasında başa vurur..."
"Putin beynəlxalq izqoya çevrilib, ölkəsinin hərbi fövqəldövlət kimi nüfuzu dağılıb..."
"İstənilən göstəricilərə görə Putin 2022-ci ilin ən böyük uğursuz adamıdır..."
"Putinin enerjidaşıyıcllarından silah kimi istifadə etmək cəhdləri əks effekt yaradıb..."
"Atlantika Şurası" "ilin uğursuz adamı" Putin üçün resept yazıb və Kreml üçün ən qulaqbatırıcı proqnoz verib
Rusiya Federasiyasının prezidenti son 10 ildə ilk dəfədir ki, ilin yekunlarına dair ənənəvi mətbuat konfransı keçirməyəcək. Bunun gözlənilmədən ləğvi onu sübut edir ki, Kremlin işləri heç də yaxşı deyil.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın "Atlantika Şurası" nəşri yazıb.
"Son 10 ildə Putinin mətbuat marafonu diqqətlə rejissura edilən təbliğat xarakterli səhnə olaraq Rusiya liderinə dünyanın işlərində özünün "ustalığını" nümayiş etdirməyə imkan verib. Lakin onun Ukraynaya hərbi müdaxiləsi misli görünməyən itkilər və hərbi məğlubiyyətlərin artması ilə müşahidə edildiyi fonda Putin hətta ən sözəbaxan auditoriya ilə görüşmək ovqatında deyil", - siyasi ekspertlər yazır və qeyd edir ki, Putinin kameralardan gizləndiyi halda onun "qəddar düşməni" Zelenski ili beynəlxalq nüfuzunun etirafı dalğasında başa vurur.
Ukrayna prezidenti Vladimir Zelenski bir sıra KİV-lər, o cümlədən "Time" jurnalı və "Financial Times" qəzeti tərəfindən artıq "ilin adamı"elan edilib və indi onu müntəzəm olaraq dünyanın ən nüfuzlu siyasətçilərindən biri adlandırırlar. Zelenskinin populyarlığının artması onun müharibə dövründə liderliyinin etiraf edilməsi, habelə Ukraynanın Rusiyanın hərbi müdaxiləsinə igidliklə müqavimət göstərməsinin dünya tərəfindən heyranlığını əks etdirir", - nəşr qeyd edir.
Amerika analitiklərinin fikrincə, Rusiya və Ukraynanın təzadlı taleləri Putinin ikinci dünya savaşından sonra Avropada ən böyük münaqişəni başlamaq qərarının mənasız olduğunu göstərir.
"Onun ilkin planı qısa və müzəffər müharibənin Ukraynanın müstəqilliyini məhv etməyi və ölkəni həmişəlik Kremlin orbitinə qaytarmağı nəzərdə tutub. Bunun əvəzinə Putin beynəlxalq izqoya çevrilib, onun ölkəsinin hərbi fövqəldövlət kimi nüfuzu dağılıb, ukraynalı rəqiblərinin isə növbəti ildə tarixi qələbənin gerçək perspektivinə gözləntiləri getdikcə daha çox artmaqdadır. Demək olar ki, istənilən göstəricilərə görə Putin 2022-ci ilin ən böyük uğursuz adamıdır", - "Atlantika Şurası" yazır.
Putunin uğursuzluqlarını birbaşa döyüş meydanında izləmək mümkündür. Onun müdaxilə ordusu son 10 ayda fəlakətli nəticələr nümayiş etdirib və Kiyev, Xarkov və Xerson uğrunda döyüşlər daxil olmaqla bir sıra həlledici döyüşləri uduzub. Bəzi məlumatlara görə, 100 mindən artıq rusiyalı əsgər həlak olub və ya yaralanıb, Rusiyanın minlərlə tankı və zirehli maşınları ələ keçirilib və ya məhv edilib. Bu itkilər Putini ölkəsində səfərbərliyə başlamağa vadar edib, bu da Rusiyada sabitliyi pozub və əvvəllər ona qarşı xeyirxah münasibətdə olan daxili auditoriyada qarışıqlıq yaradıb.
Rusiyanın beynəlxalq nüfuzu da Ukraynanın mülki əhalisinə qarşı törədilən genişmiqyaslı hərbi cinayətlərin ifşa edilməsilə güclü dərəcədə ləkələnib. Rusiya qoşunları müvəqqəti işğal edilən ərazilərdə kütləvi edamlar, seksual zorakılıq, oğurluqlar və işgəncələrdə ittiham edilir. Milyonlarla ukraynalı məcburi deportasiyaya məruz qalıb, Rusiyanın fərq qoymadan kortəbii bombardmanları minlərlə insanın həlak olmasına gətirib çıxarıb və onlarla Ukrayna şəhərlərini xarabalıqlara çevirib. Son aylar Rusiya ukraynalıları açıq-aşkar qış mövsümündə istilik, elektrik enerjisi və sudan məhrum etmək niyyəti ilə Ukraynanın infrastrukturunu məhv etməyə başlayıb.
Beynəlxalq müşahidəçilər bu siyasəti soyqırım hesab edir, çünki o, daima rejim təbliğatçıları və Moskvadakı Kreml məmurları tərəfindən açıq-aşkar soyqırım xarakterli bəyanatlarla müşayiət edilir.
Bir çoxları Putiin nüvə ritorikasından şok keçirib. Rusiya lideri dəfələrlə öz ölkəsinin nəhəng nüvə arsenalından mümkün istifadə edəcəyinə eyham vuraraq heç də gizli olmayan təhdidlərlə çıxış edib. Belə nüvə şantajı güclü neqativ reaksiya doğurub, ABŞ-ın rəsmi şəxsləri "fəlakətli nəticələr" vəd edib və hətta Rusiyaya adətən xeyirxah münasibət sərgiləyən Çin də Rusiya Federasiyasının ünvanına qınaqlar səsləndirib.
Bütün bunlar Rusiyanın 100 ildən çox öncəki bolşevik inqilabından sonra ən böyük beynəlxalq təcridə gətirib çıxarıb.
Bu yaxınlarda Kremlin spikeri Dmitri Peskov etiraf edib ki, Rusiyanı "heç kim sevmir və sevmək niyyətində də deyil". Mümkündür ki, Peskov ilk növbədə Qərb dünyasını nəzərdə tutub, lakin onun şərhi həmçinin Rusiyanın get-gedə daha da əlverişsiz beynəlxalq vəziyyətinin geniş reallığını əks etdirir. Moskvanın BMT-də təcridi göz önündədir, orada Baş Assambleyanın Ukraynanın hərbi müdaxiləsinin pislənilməsinə həsr edilən bir sıra səsvermələri mütləq əksəriyyət səslərlə müşayiət edilib. Bu zaman İran, Şimali Koreya və Suriya kimi bir neçə digər beynəlxalq izqoy ölkələrin Rusiya tərəfində olması da hər şeyi yerbəyer edir.
ABŞ daha geniş beynəlxalq arenada Ukraynaya dəstək verilməsində Qərbin səylərini birləşdirməyə nail olub. Bu arada isə Putinin enerjidaşıyıcılarından silah kimi istifadə edilməsinə yönələn səyləri əks effekt yaradıb və Avropa ölkələrini Rusiyadan asılılıqdan qətiyyətlə imtina etməyə vadar edib. BRİKS ölkələri (Braziliya, Hindistan, Çin və Cənubi Koreya) Rusiyanın resurslarını almaqda davam etsə də,
indi bunu xeyli güzəştlər şəraitində edirlər. Belə praqmatik ticarətdən başqa, onlar Rusiyaya dəstək verməkdən və Moskvaya son dərəcə zəruri olan silah tədarükündən imtina edib. Bu, Kremli İran və Belarus kimi ölkələrdən tanklar, artilleriya mərmiləri, pilotsuz uçuş aparatları və raketlər almağa vadar edib.
Putin 2023-cü ildə nəyə bel bağlaya bilər? Görünən odur ki, o, hərbi müdaxiləsinə müqavimət göstərən beynəlxalq alyansın nəticə etibarilə Ukraynaya marağının itirəcəyini düşünür və ümid edir ki, Qərb liderləri Kiyevi hansısa güzəştli sazişə məcbur edəcək, bu da Rusiyaya "məğlubiyyət caynağından özünəməxsus qələbəni qopamağa" imkan verəcək. Lakin Ukraynanın müttəfiqlərinin əksəriyyəti bəyan edir ki, ukraynalılar nə zaman danışıqlar aparmağı özləri həll edəcək. Ona görə də belə nəticə az ehtimal olunandır.
Daha gerçək ssenari yaxşı silahlanmış və yüksək mötivasiyalı Ukrayna hərbçilərinin dönmədən işğal edilən əraziləri azad etməkdə davam etməsi, bu zaman Rusiyanın pis təlim keçmiş və pis təchiz edilmiş yeni çağırılan əsgərləri arasında böyük itikilərə məruz qalmasıdır. Bu, Putin rejimi üçün fəlakətli reseptdir.
Rusiya ordusu Ukraynada mənəci cəhətdən dərin böhran keçirir və lokal hücum əməliyyatları aparmağa cəhd edir. Onun yaxın aylarda daha da tükənməsi daha geniş hərbi kollaps perspektivini yüksəldəcək, bu da Rusiya Federasiyasının özü üçün ciddi nəticələrə səbəb ola bilər.
Putin 2023-cü ilə az sayda dostları və daha az sayda variantları ilə qədəm qoyur. Növbəti il onun bütün hakimliyi dönəmində ən qaranlıq il olmağı vəd edir. O həm də onun hakimliyinin sonuncu ili ola bilər, - "Atlantik Şura" belə nəticəyə gəlib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən































































































