Azərbaycanda 4-cü doza vaksin məcburi olacaq? – AÇIQLAMA 

Azərbaycanda 4-cü doza vaksin məcburi olacaq? – AÇIQLAMA 

Hazırda oxunan: Azərbaycanda 4-cü doza vaksin məcburi olacaq? – AÇIQLAMA 
88099
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda yoluxma hallarının artması fonunda koronavirus əleyhinə 4-cü doza vaksinin məcburi olacağı deyilir. İddia olunur ki, payıza doğru yoluxmalar daha da artacaq və əhali arasında 4-cü doza vaksinlərin vurulması prosesinə start veriləcək. 

Bizim.Media xəbər verir ki, TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev vaksinasiya ilə bağlı iddialara aydınlıq gətirib.

Tanınmış həkim Modern.az-a açıqlamasında bildirib ki, təkcə Azərbaycanda deyil, ümumilikdə dünyada dördüncü doza vaksinlə bağlı fikirlər müxtəlifdir. 

“Ancaq hazırkı vəziyyəti nəzərə alaraq deyə bilərəm ki, Azərbaycanda 4-cü doza vaksin məcburi olmayacaq. Təbii ki, hər kəs könüllü şəkildə 4-cü doza vaksini qəbul edə bilər. Lakin önümüzdəki günlərdə yoluxmada fərqli rəqəmlər olduğu zaman başqa qərarlar da qəbul oluna bilər”, - deyə TƏBİB nümayəndəsi vurğulayıb. 

Qeyd edək ki, Azərbaycanda indiyədək vurulan vaksinlərin ümumi sayı 13 832 547, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 369 091, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 859 097, üç və daha çox doza vaksin vurduranların sayı 3 348 027, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 256 350-dir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO