Ayaq göbələyini asan müalicə etmək üsulu

Ayaq göbələyini asan müalicə etmək üsulu

Hazırda oxunan: Ayaq göbələyini asan müalicə etmək üsulu
69891
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Göbələk xəstəliyi bədənin müxtəlif bölgələrində xüsusən ayaqlarda yaranan yoluxucu xəstəlikdir. Bu infeksiya dəridə qızartı, qaşınma, iltihab və şişliyə səbəb ola bilər.

Bizim.Media ayaqda yaranan göbələyi müalicə edən bir neçə təbii qarışımı təqdim edir.

Alma sirkəsi

Qaba bir az su və 1 stəkan alma sirkəsi əlavə edib qarışdırın və ayaqlarınızı bir müddət bu suda saxlayın. Həmçinin, alma sirkəsini pambıq vasitəsilə göbələk olan nahiyəyə çəkə bilərsiniz. 1 saat gözləyin və adi su ilə yuyun.

Düyü unu və alma sirkəsi

Düyü ununu alma sirkəsi ilə məcun halına gələnə qədər qarışdırın. Göbələk olan dırnaqlara bu maskanı çəkib bir müddət gözlədikdən sonra yuyun. Bunu 2 həftə ərzində müntəzəm olaraq tətbiq edin.

Karbonat

Yarım stəkan suya bir az karbonat əlavə edib qarışdırın. Göbələk olan bölgəyə çəkib 10 dəqiqə saxlayın, sonra isti su ilə yuyun. Bunu hər gün etməlisiniz.

Kəklikotu yağı və zeytun yağı

Bir neçə damcı ağrıkəsici, antibakterial, antiviral, antiseptik, göbələk və parazit əleyhinə olan kəklikotu yağı ilə zeytun yağı qarışdırın. Qarışımı həmin nahiyələrə çəkib 1 saat saxlayın, sonra su ilə yuyun.

Sarımsaq və zeytun yağı

Zeytun yağını doğranmış sarımsaq əlavə edib isidin. Soyudulmuş yağı pambıqla zədələnmiş nahiyəyə çəkin və bir müddət sonra yuyun. Bunu hər gün müntəzəm olaraq edin.

Limon və zeytun yağı

Eyni miqdarda limon suyunu zeytun yağı ilə qarışdırın. Pambıqla göbələk olan dırnaqlara çəkin. Bir müddət saxladıqdan sonra ilıq su ilə yuyun. (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO