Azərbaycanlı həkim Almaniyada peyvənd olundu - VİDEO

Azərbaycanlı həkim Almaniyada peyvənd olundu - VİDEO

Hazırda oxunan: Azərbaycanlı həkim Almaniyada peyvənd olundu - VİDEO
6910
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Peyvənd olduqdan sonra baş ağrısı, yüksək hərarət, yorğunlugun olması gözləniləndir”.

Bizim.Media xəbər verir ki, bunu Almaniyanın Darmştat şəhər xəstəxanasının qulaq, burun və boğaz xəstəlikləri şöbəsinin həkimi, həmyerlimiz Cavid Hüseynzadə deyib.

O, bununla bağlı sosial media hesabında video paylaşım edib.

Almaniyada risk qrupuna aid insanlar arasında peyvəndləmə aparıldığını söyləyən həkim özünün də vaksin vurdurmağa getdiyini açıqlayıb.

“Ümid edirəm ki, bu videonu izlədikdən sonra Sizi maraqlandıran bir sıra suallara aydınlıq gətirərək, bu peyvəndin vurduğumuz digər peyvəndlərdən heç bir əhəmiyyətli fərqinin olmadığını aydın olaraq çatdıra biləcəyəm”.

O, vaksinin insan səhhətinə təsiri ilə bağlı müxtəlif söz-söhbətlər gəzdiyini vurğulayaraq, öz təcrübəsini insanlarla bölüşəcəyini bildirib:

“Çalışacam səhhətimlə bağlı sizləri mütəmadi olaraq məlumatlandırım”, - deyə o qeyd edib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO