Bu məcun bütün növ qəbizliyə çarədir - Həkim-fitoterapevt

Bu məcun bütün növ qəbizliyə çarədir - Həkim-fitoterapevt

Hazırda oxunan: Bu məcun bütün növ qəbizliyə çarədir - Həkim-fitoterapevt
41792
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qəbizlik az hərəkət edənlərdə, az su içənlərdə, bağırsaq uzanmalarında, daima quru yeməklərlə qidalananlarda daha çox olur.

Bizim.Media xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov bütün qəbizliklərdə faydalı resept təqdim edib. Onun sözlərinə görə, bu reseptlə bərabər, gündə ən azı 1 litr çiy su içilməli və gündə 1 saat piyada yeyin-yeyin gəzmək lazımdır. Bu, həm müalicənin effektini artırır, həm də nəinki qəbizlikdən əziyyət çəkənlərə, ümumiyyətlə bütün insanlar üçün faydalıdır.

Məcun üçün:

Əncir qurusu – 500 qram;

Gavalı qurusu – 500 qram;

Qoz ləpəsi – 300 qram;

Bal – 1 stəkan;

Rafinə olunmamış zeytun yağı – yarım stəkan.

F.Hüseynov bildirib ki, qarışımın hazırlanması üçün əncir, gavalı və qoz quruları ət maşınından keçirilir, sonra bal və zeytun yağı əlavə olunaraq qarışdırılır:

"Məcundan istifadə etmək üçün dəqiq qayda yoxdur. Məcundan gündə 3 xörək qaşığından 1 xörək qaşığına qədər istifadə edə bilərsiniz. Belə ki, əgər uzun müddət qəbizlikdən əziyyət çəkirsinizsə gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 xörək qaşığı, əgər arada qəbizlikdən əziyyət çəkirsinizsə gündə 1-2 xörək qaşığı yeməkdən 1 saat əvvəl yeyə bilərsiniz".

Fitoterapevtin sözlərinə görə, məcun faydalı qida olmaqla yanaşı, arıqlamaq istəyənlər üçün də effektivdir. Məcunu yeməkdən əvvəl yediyiniz zaman iştah hissi azalır, bağırsaqların şlaklardan azad olması isə piylərin daha sürətlə əriməsinə səbəb olur.

Onun tərkibində zəngin kalium olduğundan ürək zəifliyində və bağırsaqların tənbəliyiyndə də yeyilməsi faydalıdır. Məcun astma bronxit xəstələri üçün də effektlidir.

Astma bronxit xəstələri bu məcunu hazırlamaq istəyirlərsə məcunun tərkibindən qozu çıxarmalı, rafinə olunmamış zeytun yağını isə 1 stəkan həddinə qədər qaldırmalıdırlar. (Aztibb.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO