Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Hazırda oxunan: Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı
36649
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür.

Bizim.Media Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib.

Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var.

"Qorxu, melanxoliya, təlaş və ya depressiya səbəbindən bədənin müdafiə qabiliyyəti azalır", - deyən mütəxəssis bildirib.

Ekspertin sözlərinə görə, stasionara yerləşdirildikdən sonra əhval-ruhiyyəsi aşağı olan insanlar daha ciddi koqnitiv pozğunluq əlamətləri yaşamağa başlayırlar.

Bu, əsasən depressiya, müalicədən imtina, yaddaş itkisi, zaman və məkanda oriyentasiya, panik ataklar və nəzarətsiz qəzəb halları ilə özünü göstərir.

"COVID-19-da psixoloji fəsadlar bəzən o qədər geniş olur ki, xəstə öz intuisiyasına (əsasən də özünümüdafiə instinktinə) qarşı çıxa bilər. Belə hallarda insan özünə qapılır və müalicədən qəti şəkildə imtina edir", - deyə həkim vurğulayıb.

Malinovskaya COVID-19-un insanın koqnitiv qabiliyyətlərinə təsirinin hələ tam öyrənilmədiyini bildirib.

"Bununla belə, aydındır ki, koronavirus xəstənin psixikasına güclü təsir göstərir və sağaldıqdan sonra uzun müddətli depressiyaya səbəb olur", - deyə ekspert qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO