Koronavirus sonsuzluq yarada bilər? - UROLOQDAN AÇIQLAMA

Koronavirus sonsuzluq yarada bilər? - UROLOQDAN AÇIQLAMA

Hazırda oxunan: Koronavirus sonsuzluq yarada bilər? - UROLOQDAN AÇIQLAMA
32372
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Böyrəklər koronavirus virusuna qarşı çox həssasdır. 

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımda Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının dekanl Araz İbrahimov bildirib. 

Onun sözlərinə görə, xəstələrin 7-10 faizinin böyrəyi zədələnir, hətta sağlam insanların belə:

“Koronavirus xəstəsi sağlam olsa belə, böyrəyinə təsir edə bilər, çünki aparılan müalicələr zamanı çox ciddi dərman terapiyası gedir. Gündəlik 20-25 tabletka dərman içilir, bunlar böyrək və qaraciyərlə xaric olunur, ona görə də əsas böyrək zədələnir. İkinci tərəfdən, yayılan pnevmaniya bədəndə oksigeni azaldır, kliniki boğulma da olur, beyin, böyrək, ürək və bütün orqanlara da oksigen çatmadığı üçün böyrək zədələnir. COVID zamanı qan laxtalanmasında da pozulma yaranır və damarları zədələyir, bu da böyrəyə zərər verir. Eyni zamanda, ikincili infeksiyalar yaranır, bu da böyrəyə təsir edə bilir". 

A. İbrahimov deyib ki, iki ilə yaxındır koronavirus dünyada yayılıb, artıq müəyyən statistikalar hazırlanıb:

"Çində araşdırma statistikasına görə, virusdan ölən xəstələrin 32 faizində kəskin böyrək çatışmazlığı olub. Virusa yoluxanların 3-10 faizində isə ani böyrək çatışmazlığı yarana bilir. Şəkərli diabet xəstələrində böyrəklərin çox hissəsi sıradan çıxır, COVID də buna təsir edir. Eyni zamanda, piylənmədən əziyyət çəkə insanlar da böyrəklə bağlı risk qrupundadır. İnsanların xəbəri olmadan bəzilərində uroloji və onkoloji xəstəliklər var. COVID zamanı qanaxma ola bilər, bu zaman xəstənin uroloji və ya onkoloji xəstəkliyi olduğunu da üzə çıxara bilir. Koronavirus sonsuzluq belə yarada bilir”. 

Bizim.Media

Koronavirus sonsuzluq yarada bilər? - UROLOQDAN AÇIQLAMA - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO