“İqlim dəyişikliyinin yaratdığı risklərin idarə edilməsini təkmilləşdirməliyik”- Polşa rəsmisi

“İqlim dəyişikliyinin yaratdığı risklərin idarə edilməsini təkmilləşdirməliyik”- Polşa rəsmisi

Hazırda oxunan: “İqlim dəyişikliyinin yaratdığı risklərin idarə edilməsini təkmilləşdirməliyik”- Polşa rəsmisi
221599
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İqlim dəyişikliyinin yaratdığı risklər çoxşaxəlidir. Buna görə də biz iqlimə uyğunlaşan texnologiyalara əhəmiyyətli sərmayələr qoyub, risklərin qiymətləndirilməsi və idarə edilməsini təkmilləşdirməliyik”.

Bizim.Media xəbər verir ki, bu sözləri Beynəlxalq Dəmir Yolları İttifaqının (UIC) sədri, Polşa Dəmir Yolları (PKP) Korporasiyasının İdarə Heyətinin prezidenti Alan Berud COP29 çərçivəsində Azərbaycan Dəmir Yolları Agentliyi ilə birgə "Nəqliyyat dəhlizləri ilə dayanıqlı gələcəyə doğru: İqlim siyasətində dəmir yolları" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, bu həftə ərzində UIC “Gələcəyə Hazır Dəmir Yolları” adlı sənəd dərc edib:

"Sənədin üç əsas hədəfi bunlardır: tərəflər öz planlarında dəmir yolları üçün aydın hədəflər müəyyən etməli, təhlükəsiz və etibarlı, gələcəyə davamlı dəmir yolları üçün sərmayənin əhəmiyyəti, ekstremal hava hadisələrindən sonra dəmir yollarının bərpa edilməsi və yenidən qurulması üçün mövcud olan resurslar artırılmasıdır".

“İqlim dəyişikliyinin yaratdığı risklərin idarə edilməsini təkmilləşdirməliyik”- Polşa rəsmisi - foto 1
“İqlim dəyişikliyinin yaratdığı risklərin idarə edilməsini təkmilləşdirməliyik”- Polşa rəsmisi - foto 2


Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO