Əli Əsədov “Barselona”nın prezidenti ilə görüşdü - FOTO

Əli Əsədov “Barselona”nın prezidenti ilə görüşdü - FOTO

Hazırda oxunan: Əli Əsədov “Barselona”nın prezidenti ilə görüşdü - FOTO
221131
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 17-də İspaniyanın “Barselona” futbol klubunun Prezidenti Xuan Laporta ilə görüşüb.

Nazirlər Kabinetindən Bizim.Media-ya bildirilib ki, görüşdə X.Laportanın Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-da iştirakının əhəmiyyəti vurğulanıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Barselona” klubunun prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi - VİDEO


Sonra Azərbaycan futbolunun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, dünyanın aparıcı futbol klublarından biri olan “Barselona” ilə birgə layihələrin həyata keçirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəf iştirak edib.

Əli Əsədov “Barselona”nın prezidenti ilə görüşdü - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO