Umayra Tağıyeva: “İqlim məlumatları ilə bağlı erkən xəbərdarlıq sistemləri inkişaf etdirilməlidir”

Umayra Tağıyeva: “İqlim məlumatları ilə bağlı erkən xəbərdarlıq sistemləri inkişaf etdirilməlidir”

Hazırda oxunan: Umayra Tağıyeva: “İqlim məlumatları ilə bağlı erkən xəbərdarlıq sistemləri inkişaf etdirilməlidir”
220959
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İqlim məlumatının və təhlükəli erkən xəbərdarlıq sistemlərinin uğurlu yaradılması təkcə hökumətlərdən asılı deyil.

Bizim.Media xəbər verir ki, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində keçirilən “Dayanıqlılığın artırılması üçün iqlim məlumatının və Təhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi” üzrə yüksəksəviyyəli tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, bu məsələ həm də yerli icmalar, milli, regional, çoxtərəfli və beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlar daxil olmaqla, maraqlı tərəflərin, vətəndaş cəmiyyəti və digər müvafiq aktorların fəal və davamlı cəlb edilməsindən, habelə biliyin səmərəli idarə edilməsindən asılıdır.

Nazir müavini bildirib ki, dünya artıq orta temperaturun, fəsillərin dəyişməsini, ekstremal hava hadisələrinin artan tezliyini və yavaş başlayan hadisələri yaşayır:

“Ölkələr və icmalar uyğunlaşma həlləri kimi erkən xəbərdarlıq sistemlərini inkişaf etdirməli və iqlim dəyişikliyinin cari və gələcək təsirlərinə cavab vermək üçün tədbirlər həyata keçirməlidir. Erkən xəbərdarlıq sistemləri prosesləri ən yaxşı mövcud elm və texnologiyalara əsaslanmalı və onları rəhbər tutmalıdır. Paris Sazişinə əsasən, Adaptasiya üzrə Qlobal Məqsəd müəyyən edilib”.

U.Tağıyeva vurğulayıb ki, ikiillik iş proqramının başa çatmasından sonra, COP28-də tərəflər BƏƏ Konsensusunun bir hissəsi olaraq Qlobal İqlim Dayanıqlığı üzrə BƏƏ Çərçivəsini qəbul etdilər:

“Həmin çərçivə iqlimə uyğunlaşma və dayanıqlıq üçün bir sıra hədəfləri ehtiva edir və erkən xəbərdarlıq sistemləri kimi uyğunlaşma tədbirlərinin daha çox həyata keçirilməsi üçün platforma təmin edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO