“Azərbaycanda donuz qripi yayıla bilər” – Professordan XƏBƏRDARLIQ 

“Azərbaycanda donuz qripi yayıla bilər” – Professordan XƏBƏRDARLIQ 

Hazırda oxunan: “Azərbaycanda donuz qripi yayıla bilər” – Professordan XƏBƏRDARLIQ 
166532
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Böyük Britaniyada, Şimali Yorkşirdə ilk dəfə donuz qripinə yoluxma aşkar edilib. Bu barədə Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) bildirib. Məlumatda qeyd olunub ki, virus aşkar edilən şəxsin donuzlarla heç bir təması olmayıb. 

Maraqlıdır, bu virusun digər ölkələrə yayılma ehtimalı nə qədərdir? Azərbaycan üçün təhlükə ola bilərmi?

Professor Adil Qeybulla mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda orta və yaşlı əhali qızılcaya qarşı vaksinasiya OLUNACAQ 


O qeyd edib ki, donuz qripinin ölkəmizə gəlmə ehtimalı var: 

“Çünki Britaniya və Azərbaycan arasında mütəmadi gediş-gəliş mövcuddur, əlaqələrimiz çox genişdir. Xəstəliyin inkubasiya dövründə yoluxan şəxs Azərbaycana gəlib, yaya bilər. Bu virusla bağlı Səhiyyə Nazirliyi tərəfindən qrip vaksini gətirilib. Məsləhətdir ki, bu vaksini vurduraq.

Xüsusilə, koronavirusu ağır keçirənlər, yanaşı xəstəliyi olanlara bu peyvənd mütləq lazımdır. Çünki donuz qripinin gedişi də nisbətən ağırdır. Hesab edirəm ki, profilaktik tədbirlər indidən görülsə, yaxşı olar”. 

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO