Mərhum xalq yazıçısı, Azərbaycan ədəbiyyatında ən çox roman müəllifi olan yazarxa0 Sabir Əhmədlinin “Yazılmayan yazı”x9d əsərində gəncliyi ilə bağlıxa0 maraqlı bir xatirə var.
Moderator.az xəbət verir ki, hadisəxa0 partiya qurultayındaxa0 baş verir. Orada cəmi iki yazıçının Süleyman Rəhimovun və o zaman gənc olan Sabir Əhmədlinin hekayələri tənqid olunur. Yazıçı xatirələrində qeyd edir ki, həmin iclasda Mərkəzi Komitənin birinci katibi Mircəfər Bağırov da olub. Lakin qəfildən iclasın ortasında bir general içəri daxil olaraq Bağırovu çağırır və onlar getməli olurlar. Birinci katib gedəndən sonra yazıçıların əsərlərini tənqid etməyə başlayırlar. O zaman Süleyman Rəhimovu hamı tanıyırdı və sözün hər mənasına dövrü üçün nəhəng olan yazıçının tənqidi çoxlarınıxa0 təəccübləndirmişdi də. Amma onunla adı yanaşı çəkilən gənc yazıçının kimliyi isə hamını maraqlandırırdı.
Sabir Əhmədli həmin hadisəni xatırlayaraq qeyd edir ki, o zaman gənc idi və bir küncdə oturmuşdu.xa0
“Adamların heç ağlına da gəlməzdi ki, o boyda iclasda tənqid olunan iki yazıçıdan biri mənəm. Yaxşı ki, Bağırov getdi. Yoxsa iclasda olsaydı çox güman ki, məni qaldırıb kim olduğumla maraqlanacaqdı”x9d.
Hazırladı: Elmin Nuri








































































































