"Rəşad Məcidin siması bütöv bir Azərbaycanın simvoludur" - REAKSİYA

Hazırda oxunan: "Rəşad Məcidin siması bütöv bir Azərbaycanın simvoludur" - REAKSİYA

104926
Son günlər saytlarda baş verənləri, əlinə qələm alıb yazı yazanları oxumağa başlamışam. Söz azadlığı o demək deyil ki, ağzına gələni yazasan, ürəyin kimi istəsə təhqir edəsən, sosial şəbəkələrdə qeyri-etik statuslar paylaşasan... Nə isə, sözümün canı var. İşlərimin çoxluğundan neçə vaxt idi ki, media ilə maraqlanmağa vaxt tapmırdım. Saytların birində nəzərimə çatan Rəşad Məcid haqqında yazılan bir “ yazı”x9d oldu.

Tam səmimi fikirlərimi yazmaq qərarına gəldim. Mənim şəxsən heç vaxt bir yazar kimi Rəşad müəllimə işim düşməyib, heç şeirlərimi də qəzetində dərc etməsini xahiş etməmişəm. Amma onun yaradıcılığını həmişə izləmişəm. Gənc yazarlara nələr etdiyinin şahidi olmuşam. Bilənlər bilir ki, Rəşad Məcid 525-ci qəzetin baş redaktoru, görkəmli ziyalı, şəxsiyyətinə hörmət qoyan dəyərli qələm sahibidir. Çoxlarından fərqli olaraq bir az da tünd insandır. Gənclərə hər zaman dəstək olub. İstər təqaüd baxımından, istər şeiriyyətə necə başlamalarından, istərsə də ədəbi mühitdə tanınmalarından.

Hər biri 525-ci qəzetdə dərc olunanda sevinib, qürrələnib, bir az da yanımızdan başlarını dik tutub keçiblər. Gəlin etiraf edək, bu gün öz reklamı üçün Rəşad Məcidin adından istifadə edənlər onun redaksiyasının qapısında boynunu saatlarla bükənlərdir. Onun kölgəsini izləyənlər, şəkil çəkdirib qürrələnənlər indi onu daşlamaqla nə eldə edəcəklər görəsən? Ət yeyən quş dimdiyindən tanınar... Yəqin bildiniz nə demək istəyirəm...

Rəşad Məcidin adı da, soyadı da, təhsili də, mədəniyyəti də, siması da bütöv bir Azərbaycanın simvoludur. Daşı qaranlığa atın ki, gurultusunu eşidəsiniz. Günəşi daşlamaqla, işığa daş atmaqla öz yollarınızı qaranlıq edirsiniz!

Görünən kəndin nabələdlərinə!

Nəzmiyyə Hicran
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO