22 yaşlı Zəhra “qadının futbolda nə işi var?!” deyənlərə belə CAVAB VERDİ – FOTO

22 yaşlı Zəhra “qadının futbolda nə işi var?!” deyənlərə belə CAVAB VERDİ – FOTO

Hazırda oxunan: 22 yaşlı Zəhra “qadının futbolda nə işi var?!” deyənlərə belə CAVAB VERDİ – FOTO
611935
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Zonquldak şəhərində yaşayan 22 yaşlı Zəhra Güngör həm təhsilini, həm də çox sevdiyi futbol hakimliyini birlikdə davam etdirir.

Bizim.Media xəbər verir ki, Balıkəsirdə liseydə oxuduğu dövrdə məktəbə gələn futbol hakimi vasitəsilə bu peşə ilə tanış olan Zəhra Güngör 4 il əvvəl hakimlik kursuna qatılıb. 

Təlim və imtahanları uğurla başa vurduqdan sonra həvəskar futbol oyunlarında hakim kimi fəaliyyət göstərməyə başlayıb.

Universitet imtahanında Zonquldak Bülənt Ecevit Universitetinin Tibb bacılığı fakültəsinə qəbul olunan Güngör, sevdiyi hakimliyi davam etdirmək üçün Zonquldaka köçüb.

22 yaşlı Zəhra “qadının futbolda nə işi var?!” deyənlərə belə CAVAB VERDİ – FOTO - foto 1

Hazırda universitetin üçüncü kursunda təhsil alan Zəhra Güngör artıq üç ildir ki, həm tibb bacısı hazırlığını, həm də futbol hakimliyini paralel şəkildə davam etdirir. O, bu il universitet xəstəxanasında başladığı staj proqramına da həftənin iki günü qatılır.

Boş vaxtlarında məşq edərək fiziki hazırlığını qoruyan gənc tələbə insanların “bacarmazsan” sözlərinə baxmayaraq hər iki peşədə uğur qazanmaq və digər qadınlara nümunə olmaq istədiyini bildirib.

Zəhra Güngör qadınların istədikləri zaman hər sahədə uğur qazana bildiyini vurğulayaraq, “Qadınlar olduqları hər yeri gözəlləşdirirlər. Bəzi insanlar futbolda qadının nə işi olduğunu düşünür, amma məncə qadın hər sahədə olmalıdır”, – deyə qeyd edib.

22 yaşlı Zəhra “qadının futbolda nə işi var?!” deyənlərə belə CAVAB VERDİ – FOTO - foto 2

O bildirib ki, meydanda qadın hakimlərin olması futbolçuların davranışlarına da təsir edir və daha aqressiv münasibətin qarşısını alır.

Güngör həm ailəsinin dəstəyini hiss etdiyini, həm də ətrafındakı insanların rəğbətini qazandığını deyib. O, gələcəkdə FIFA kateqoriyalı hakim olmaq arzusunda olduğunu da əlavə edib.

22 yaşlı Zəhra “qadının futbolda nə işi var?!” deyənlərə belə CAVAB VERDİ – FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO