Bakı-Xırdalan-Bakı istiqaməti üzrə qatarlar yenilənmiş qrafiklə hərəkət edəcək – CƏDVƏL

Bakı-Xırdalan-Bakı istiqaməti üzrə qatarlar yenilənmiş qrafiklə hərəkət edəcək – CƏDVƏL

Hazırda oxunan: Bakı-Xırdalan-Bakı istiqaməti üzrə qatarlar yenilənmiş qrafiklə hərəkət edəcək – CƏDVƏL

611943

Dərnəgül stansiyasının fəaliyyətə başlaması ilə qatarlar Bakı-Xırdalan-Bakı istiqaməti üzrə yenilənmiş qrafiklə hərəkət edəcək.

Bu barədə Bizim.Media "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Qeyd edək ki, Bakı şəhərində sərnişin axınının balanslaşdırılmasına və mərkəzdə yüklənmənin azaldılmasına töhfə verəcək növbəti mühüm addım atılıb. Belə ki, 08 may 2026-cı il tarixindən Dərnəgül dəmiryol dayanacağı istifadəyə verilib.
 

Bakı–Dərnəgül, Dərnəgül–Biləcəri və Dərnəgül–Xırdalan istiqamətləri üzrə gediş haqqı 0.60 AZN, Dərnəgül–Sumqayıt istiqaməti üzrə isə 1.00 AZN təşkil edir.


Qatarlar Bakı Dəmiryol Vağzalından Dərnəgül dayanacağına və əks istiqamətə məsafəni 10 dəqiqə, Dərnəgül–Biləcəri və Biləcəri–Dərnəgül üzrə 8 dəqiqə, Dərnəgül–Xırdalan və Xırdalan–Dərnəgül istiqaməti üzrə məsafəni isə 15 dəqiqəyə qət edir.

Cədvəl ilə aşağıdakı linkə keçərək tanış ola bilərsiz:

//ticket.ady.az/storage/pages/3098/hereket-cedveli-08052026-sayt.pdf

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO