Baş məşqçsi ilə bağlı yayılan xəbərlərə “İmişli”dən REAKSİYA

Baş məşqçsi ilə bağlı yayılan xəbərlərə “İmişli”dən REAKSİYA

Hazırda oxunan: Baş məşqçsi ilə bağlı yayılan xəbərlərə “İmişli”dən REAKSİYA

611974

“İmişli” klubunun baş məşqçisi Xorxe Kaşkilya mövsümün sonunda komandanı tərk edə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə ölkə mətbuatında məlumat yayılıb.
 

Bildirilir ki, bir sıra yerli və xarici klublardan təkliflər alan 56 yaşlı mütəxəssis bölgə klubunda qalmaq istəmir. Hətta “İmişli” rəhbərliyinin də onu komandada saxlamaqda maraqlı olmadığı iddia olunur. 


Məsələ ilə bağlı “İmişli” klubu ilə əlaqə saxladıq. Komandanın direktoru Aqşin Mürsəlov Bizim.Media-ya açıqlamasında baş məşqçi ilə bağlı yekun qərarın mövsüm başa çatandan sonra veriləcəyini dedi:

“Bu barədə hal-hazırda nəsə demək mümkün deyil. Çünki mövsüm hələ başa çatmayıb. Mövsümün sonuna qədər Kaşkilya öz vəzifəsini icra edəcək. Əslində onun istefaya göndərilməsi gündəmdə deyil.

Biz onun işindən razıyıq. Ancaq mövsümün sonunda rəhbərliklə baş məşqçi arasında görüş keçiriləcək. Həmin görüşdə klubun mövsümdəki çıxışı dəyərləndiriləcək və növbəti mövsümün planları müzakirə olunacaq. Baş məşqçinin taleyinə də həmin görüşdən sonra aydınlıq gələcək”. 

Qeyd edək ki, “İmişli” klubu Premyer Liqada 30 turdan sonra 32 xalla turnir cədvəlində 9-cu yerdə gedir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO