Ukrayna ordusunun komandanı: “Rusiya nə qədər hərbçi səfərbər edirsə, biz daha çoxunu öldürürük”

Ukrayna ordusunun komandanı: “Rusiya nə qədər hərbçi səfərbər edirsə, biz daha çoxunu öldürürük”

Hazırda oxunan: Ukrayna ordusunun komandanı: “Rusiya nə qədər hərbçi səfərbər edirsə, biz daha çoxunu öldürürük”

611955

Kəşfiyyat məlumatlarına əsasən Rusiya Ukrayna dron hücumlarına qarşı mübarizə məqsədilə əlavə hərbi qüvvələr formalaşdırır.

Bizim.Media Ukrayna KİV-ə  istinadla xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Oleksandr Sırski bildirib.
 

Sırski qeyd edib ki, Rusiya daha 4 polk, 24 diviziya və 162 batareyanı dronlara qarşı müdafiə sistemlərinə cəlb etməyi planlaşdırır. Onun sözlərinə görə, 2026-cı il üçün Moskva 7,3 milyon FPV dron və müxtəlif tipli pilotsuz uçuş aparatları üçün 7,8 milyon döyüş başlığı istehsal etməyi nəzərdə tutur.


Baş komandan həmçinin bildirib ki, Rusiya reaktiv mühərrikli zərbə dronlarının orduda istifadəsini artırır və pilotsuz sistemlər sahəsində sürətli genişlənmə həyata keçirir. Bu prosesin Ukrayna ordusunun tətbiq etdiyi texniki və taktiki həllərin eynisi olduğu vurğulanır.

Sırski qeyd edib ki, Rusiya həmçinin əlavə olaraq Moskva və Krasnodar diyarı bölgələrində çoxsəviyyəli hava hücumundan müdafiə sistemlərini gücləndirir.

Ukrayna tərəfi isə vəziyyəti izlədiyini və planlamasında nəzərə aldığını bildirir. Sırski vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri təşəbbüsü əlində saxlayır və döyüş tempini müəyyən edir. Onun sözlərinə görə, artıq beş aydır ki, Ukraynanın pilotsuz sistem bölmələri Rusiya tərəfindən səfərbər edilən hərbçilərdən daha çox itkiyə səbəb olur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO